YANACAQ VƏ ENERGETİKA KOMPLEKSİNDƏ KOMMUNAL XİDMƏT BÖLMƏSİNİN İŞİNİN TƏNZİMLƏNMƏSİ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLMİŞDİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə assosiasiyanın üzvləri Robert Klayton, Lerri Hallovey (ABŞ) və Florin Ququ (Rumıniya) Azərbaycanda enerji sektorunda islahatlarla bağlı məsələlərə toxunmaqla yanaşı, çalışdıqları qurumların kommunal xidmətləri tənzimləmək təcrübəsi barədə məruzələrlə çıxış etmişlər.
Məruzələr ətrafında müzakirələrdə Milli Məclisin, Nazirlər Kabinetinin, Yanacaq və Energetika, İqtisadi İnkişaf, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, həmçinin Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramının katibliyinin, o cümlədən “Azərenerji”, “Azəriqaz” səhmdar cəmiyyətlərinin və “Barmek” şirkətinin nümayəndələri iştirak etmişlər.