YANVAR-FEVRAL AYLARI ÜZRƏ PROQNOZ ARTIQLAMASI İLƏ YERİNƏ YETİRİLMİŞDİR
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a demişlər ki, 2004-cü ilin yanvar-fevral ayları üzrə proqnoz artıqlaması ilə yerinə yetirilmişdir. İlkin məlumata görə, ilin əvvəlindən fevralın 20-dək dövlət büdcəsinə 141,1 milyard manat əvəzinə 161,1 milyard manat gömrük vergi və rüsumları köçürülmüş, tapşırığa 114,1 faiz əməl olunmuşdur. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,8 milyard manat, yaxud 25,5 faiz çoxdur.