Yanvar-iyul aylarında 578 min ton buğda idxal edilib
Bakı, 21 avqust, AZƏRTAC
Yanvar-iyul aylarında 578 min ton buğda idxal edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən buğdanın dəyəri 164,7 milyon dollar olub. 2022-ci ilin eyni dövründə məbləği 154,6 milyon dollar olmaqla 429,8 min ton buğda idxal edilib.
Hesabat dövründə düyü idxalı artıb. Belə ki, yanvar-iyul aylarında dəyəri 34,9 milyon dollar olan 38,9 min ton düyü idxal edilib. Ötən ilin eyni dövründə 36,8 min ton düyü idxalı həyata keçirilib. İdxal edilən düyünün dəyəri 31,2 milyon dollar olub.
Qarğıdalı idxalında da artım baş verib. Bu müddətdə 18,7 milyon dollarlıq 63 min ton qarğıdalı idxal olunub. Ötən ilin eyni dövründə isə məbləği 14,6 milyon dollar olan 39,6 min ton qarğıdalı idxal edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:52]
Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir
- 29.09.2026 [11:01]
Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır
- 29.09.2026 [10:46]
Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb
- 29.09.2026 [10:14]
Qızıl və gümüş ucuzlaşıb VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]