CƏMİYYƏT
Yanvarın 10-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Axşam havanın tutqun olacağı gözlənilir.
Temperatur gecə 4-6°, gündüz 7-10° isti olacaqdır.
Bakıda gecə 4-6°, gündüz 8-10° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 65-70 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 1-6° şaxta, gündüz 8-13° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən,Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-12° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava gün ərzində əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı vardır. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 2-6° isti olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 1-5° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-9° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 10-dan 12-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi müsbət amil olsa da, atmosfer təzyiqinin xeyli dəyişikliyi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.