Yanvarın 14-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
yanvarın 13-dən 14-nə keçən gecə hava şəraitinin buludlu, bəzi yerlərdə çiskinli, gündüz isə dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 2-4°, gündüz 7-11° isti olacaqdır.
Bakıda gecə 2-4°, gündüz 8-10° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcəkdir, nisbi rütubət gecə 85-95 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
gecə zəif qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 3-8° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən,Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 7-12° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
yanvarın 13-dən 14-nə keçən gecə bəzi yerlərdə az yağıntılı olacağı, səhər kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 1-6° isti olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
gecə və səhər bəzi yerlərdə az yağış yağacağı, duman olacağı gözlənilir. Gündüz əsasən yağmursuz hava üstünlük təşkil edəcəkdir.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
yanvarın 13-dən 14-nə keçən gecə bəzi yerlərdə az yağıntılı olacağı, səhər kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Dağlarda duman olacaqdır.
Temperaturun gecə 3-6° isti, gündüz 8-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-8° isti olacağı gözlənilir.