Yanvarın 17-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərində zəif duman olacaqdır.
Temperatur gecə 2-5°, gündüz 6-9°, axşam 2°-yə yaxın isti olacaqdır.
Bakıda gecə 3-5°, gündüz 6-8°, axşam 2°-yə yaxın isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 65-70 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlədə duman olacaqdır.
Temperaturun gecə 2-7° şaxta, gündüz 8-13° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Temperatur gecə 1-5° şaxta, gündüz 5-10° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 4-8° şaxta, gündüz 1-5° isti olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperatur gecə 1° şaxtadan, 4° -dək isti, gündüz 8-13° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 1-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 5-7° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 17-dən 19-dək Abşeron yarımadasında küləkli hava şəraiti fonunda soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün əsasən əlverişsizdir.