Yanvarın 20-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava şəraitinin soyuq, güclü küləkli keçəcəyi gözlənilir. Arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı ehtimalı vardır.
Temperatur gecə və gündüz 0°-yə yaxın olacaqdır.
Bakıda gecə və gündüz 0°-yə yaxın olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 767 millimetr civə sütunundan 773 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
qar yağacağı gözlənilir. Bəzi yerlədə intensiv olacağı ehtimalı vardır.
Temperaturun gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı vardır.
Temperatur gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlədə intensiv olacağı ehtimalı vardır.
Temperaturun gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı vardır.
Temperatur gecə 4-8° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 8-12° şaxta, gündüz 3-7° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 15-20° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlədə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 0-4° şaxta, gündüz 0-5° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlədə intensiv olacağı ehtimalı vardır.
Temperaturun gecə və gündüz 0-4° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-4° isti olacağı gözlənilir.