Yanvarın 25-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın gün ərzində bəzi yerlərdə az yağıntılı olacağı, axşama doğru qar yağacağı gözlənilir.
Temperaturun gecə 0°-yə yaxın, gündüz 1-5° isti olacağı gözlənilir.
Bakıda gecə 0°-yə yaxın, gündüz 2-4° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 768 millimetr civə sütunundan 765 millimetr civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
arabir zəif qar yağacağı, duman olacağı gözlənilir.
Temperatur gecə 5-10° şaxta, gündüz 1-6° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Günün ikinci yarısından başlayaraq az yağıntılı olacağı, axşama doğru qar yağacağı gözlənilir.
Temperatur gecə 1-6° şaxta, gündüz 0-5° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə gecə 3-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 8-13° şaxta, gündüz 2-7° şaxta təşkil edəcəkdir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 15-20° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli,
Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul,
Salyan, Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı vardır.
Temperatur gecə 0-4° şaxta, gündüz 1-6° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın bəzi yerlərdə az yağıntılı olacağı, axşama doğru qar yağacağı gözlənilir. Dağlarda duman olacaqdır.
Temperaturun gecə 0-2° isti, gündüz 2-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1° şaxtadan 2°-dək isti olacağı gözlənilir.