Yanvarın 27-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperaturun gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın, axşam 2°-dək şaxta olacağı gözlənilir.
Bakıda gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın, axşam 2°-dək şaxta olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 85-95 faiz olacaqdır.
Yollar buz bağlayacaq, yanvarın 27-si axşam və 28-nə keçən gecəyə doğru çovğun olacağı ehtimalı vardır.
Naxçıvan Muxtar Respublikasında
arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı vardır. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 8-13° şaxta, gündüz 2-6° şaxta olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı vardır. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 3-7° şaxta, gündüz 0-3° şaxta olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı vardır. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 5-10° şaxta, gündüz 0-5° şaxta, dağlarda gecə 10-15° şaxta, gündüz 5-9° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
arabir qar yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı vardır. Dağlarda duman olacaqdır.
Temperaturun gecə 0-4° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 6-11° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir.
Xəbərdarlıq
Yanvarın 27-si axşamdan 29-u gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin daha da kəskinləşəcəyi, qar yağacağı gözlənilir. Yanvarın 27-28-də çovğun olacağı ehtimalı vardır. Havanın minimal temperaturu 1-5° şaxta təşkil edəcəkdir. Gözlənilən şaxtalı, qarlı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 27-dən 30-dək Abşeron yarımadasında soyuq temperatur diskomfortunun davam edəcəyi gözlənilir. Yanvarın 27-si axşam və 28-də qarlı və şaxtalı hava şəraiti güclü xəzri küləyi fonunda daha da kəskinləşdiyindən meteohəssas insanlar üçün çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət görülmür.