Yanvarın 5-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu, əsasən yağmursuz, gecə və səhər zəif duman olacağı, axşam buludluluğun artacağı gözlənilir.
Temperatur gecə 1° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaqdır.
Bakıda gecə 1° şaxtadan 1°-dək isti, axşam 7-9° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 769 millimetr civə sütunundan 764 millimetr civə sütununa enəcəkdir. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz, bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperaturun gecə 5-10° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və
Daşkəsən, Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 5-10° şaxta, gündüz 1-6° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperaturun gecə 1-6° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən yağmursuz, gecə səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Havanın temperaturu gecə 4-9° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 3-5° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, dağlarda duman olacağı gözlənilir.
Temperaturun gecə 0-4° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.