Yanvarın 8-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcək. Hava əsasən yağmursuz keçəcəkdir. Səhər duman, çiskin olacaq, axşam bəzi yerlərdə az yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 2-6°, gündüz 7-12° isti olacaqdır.
Bakıda gecə 4-6°, gündüz 7-12° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 65-70 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 3-8° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 1-6° şaxta, gündüz 5-10° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə az çiskinli, dumanlı olacağı gözlənilir.
Temperatur gecə 1-6° şaxta, gündüz 6-11° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam az yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 5-8° şaxta, gündüz 0-4° isti olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı gözlənilir.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə az çiskinli olacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 0-4° isti, gündüz 7-12° isti,
dağlarda gecə 2-7° şaxta, gündüz 3-7° isti olacağı gözlənilir.