Azərbaycan Dövlət İnformasiya Agentliyi

YAP-ın İcra Katibliyində “İrəvan tarixi Azərbaycan şəhəri” mövzusunda videkonfrans keçirilib

Bakı, 18 iyun, AZƏRTAC

İyunun 18-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “İrəvan tarixi Azərbaycan şəhəri” mövzusunda videkonfrans keçirilib.

YAP-dan AZƏRTAC-a bildiriblər ki, konfransda çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Prezident İlham Əliyevin bu yaxınlarda Tərtər rayonunda səfərdə olarkən Azərbaycan tarixinə dair çox əhəmiyyətli bəyanatlar verdiyini qeyd edib. Bildirib ki, həmin bəyanat böyük önəm kəsb edir. Çünki hər bir xalqın nümayəndəsinin öz xalqının tarixini bilməsi çox vacib amildir. Heç bir insan xalqının tarixini bilmədən öz tarixinə sahib çıxa bilməz.

Azərbaycan xalqının tarixinin çox böyük, möhtəşəm, parlaq səhifələri ilə yanaşı, qara ləkələrinin də mövcud olduğunu deyən Əli Əhmədov qeyd edib: “Bu, bütün xalqlar üçün xarakterikdir. Onların öyrənilməsi xalqın keçmişi və gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan xalqının son 100 illik tarixində möhtəşəm hadisələrdən biri 1918-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin qurulması sayılmalıdır. Qısa müddətdə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) o dövr üçün və gələcək taleyimiz üçün mühüm addımlar ata bilib. Hər şeydən əvvəl Azərbaycanın dövlət müstəqilliyinin elan olunması və müstəqillik məfkurəsinin formalaşması üçün AXC tarixi addımlar ata bildi. Bunun nəticəsində də qısa müddət yaşamasına baxmayaraq, onun səpdiyi toxumlar təxminən 70 ildən sonra cücərdi və Azərbaycan 1991-ci ildə növbəti dəfə dövlət müstəqilliyini elan etdi. Beləliklə, müstəqilliyimizin elan olunmasında Xalq Cümhuriyyətinin və qurucularının ideyaları öz tarixi rolunu oynadı. Bu gün müasir Azərbaycan Respublikası özünü AXC-nin varisi hesab edir. AXC-nin yerinə yetirə bilmədiyi işləri bu gün dövlətimiz uğurla həyata keçirməkdədir. Bu, Azərbaycan dövlətinin və vətəndaşlarının Xalq Cümhuriyyətinə, onun qurucularının tarixi xidmətlərinə böyük hörmətinin təzahürüdür. Eyni zamanda, tariximizin şərəfli səhifələrinin yazıldığı dövrlərdə Azərbaycanın tarixinə qara ləkə kimi daxil olmuş hadisələr də baş verdi ki, bunun da araşdırılması və düzgün tarixi qiymətin verilməsi böyük əhəmiyyət kəsb edir”.

YAP Sədrinin müavini söyləyib ki, həmin hadisələrdən biri 1918-ci ilin may ayında İrəvan şəhərinin və onun ətrafındakı torpaqların ermənilərə təhvil verilməsidir. Hər bir xalqın tarixində ən faciəli səhifələr onun torpaqlarının itirilməsi ilə əlaqədardır. Təbii ki, Azərbaycan xalqı da istisna deyil. Torpağın başqasına bağışlanması xalq qarşısında böyük qəbahət və günahlardan biridir.

Əli Əhmədov deyib ki, tarixi Azərbaycan şəhəri olan İrəvanın ermənilərə verilməsi kimlərsə tərəfindən əsaslandırılmağa çalışılsa da, buna bəraət qazandırmaq mümkün deyil. Xüsusilə də bu addımın xalqın rəyi olmadan həyata keçirilməsi səbəbkarların günahını qat-qat artırır. Xalqın sahibi olduğu torpaqla əlaqədar qərar qəbul edilməsinin yeganə subyekti xalq olmalıdır. Təəssüf ki, 1918-ci ilin may ayında İrəvan və onun ətrafında torpaqların ermənilərə verilməsində bu torpaqların sahibi olan Azərbaycan xalqı ilə hər hansı məsləhətləşmələr aparılmasına ehtiyac duyulmayıb. Xalqın rəyi nəzərə alınmadan İrəvan ermənilərə təhvil verilib. Bu, həmin qərarı verənlərin tarixi məsuliyyətini qat-qat artırır. Həmin qərar nəticəsində həmin torpaqların sahibləri tamamilə başqa tale yaşamağa məhkum oldu. Bir günün içində İrəvan başqalarına verildi. Hansı ki, o şəhəri həmin insanların babaları tikmişdilər. Şəhərin ermənilərə verilməsi ilə onlar acınacaqlı tale yaşamalı oldular.

İrəvanın ermənilərə verilməsi nəticəsində azərbaycanlıların etnik təmizləməsinin əsasının qoyulduğunu deyən Əli Əhmədov bildirib: “Çox qısa müddət ərzində çoxluq təşkil edən azərbaycanlıların sıxışdırılıb çıxarılması nəticəsində İrəvanın etnik tərkibi dəyişdirilib. Müəyyən müddət keçəndən sonra azərbaycanlılar özlərinin tikdiyi şəhərlə vidalaşmalı oldular. Təkcə İrəvan sakinləri yox, Qərbi azərbaycanlıların hamısı etnik təmizləməyə məruz qaldı. 70-80 il ərzində bütün azərbaycanlılar həmin torpaqlardan çıxarıldı. Buna görə də Prezident İlham Əliyev dəfələrlə indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradıldığını bəyan edib. O cümlədən Ermənistanın paytaxtının Azərbaycanın tarixi şəhəri olduğunu vurğulayıb. Prezidentimiz bu fikirləri dəfələrlə səsləndirməklə alimlərimizin, tarixçilərimizin qarşısında da Azərbaycanın tarixinin şərəfli məqamları ilə yanaşı, taleyimizdə müsbət izlər buraxmayan məqamların araşdırılmasını vəzifə kimi qoyub. İnanırıq ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu məsələlər daha ciddi şəkildə araşdırılacaq. Çünki tarixini yaxşı bilməyən xalq öz tarixinə sahib çıxa bilməz”.

Sonra çıxış edən AMEA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli bildirib ki, bu məsələ dərin elmi-tədqiqat mövzusu olmaqla yanaşı, böyük siyasi-ideoloji məna kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı tarixi reallıqları əks etdirir. Akademik deyib ki, tarixən Azərbaycan xalqına məxsus olan indiki Ermənistan torpaqlarında heç zaman erməni adında toponim olmayıb. Ermənilər sonradan bu torpaqlara köçürülüblər. İ.Həbibbəyli 1881-ci ildə İrəvan şəhərinə aid bir sənədi təqdim edərək qeyd edib ki, həmin sənəddə ruslar tərəfindən İrəvanın məhəllələrinin adı əks olunub. Həmin sənəddə yalnız bir erməni məhəlləsinin adı çəkilir. O da İrəvanın mərkəzində deyil, onun kənarındadır.

AMEA-nın birinci vitse-prezidenti akademiyanın müvafiq institutları tərəfindən bu istiqamətdə görülmüş işlər və nəzərdə tutulan layihələr haqqında da ətraflı məlumat verib.

Videokonfransda, həmçinin Milli Məclisin deputatı, tarix elmləri doktoru Anar İsgəndərov, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli və AMEA-nın Tarix İnstitutunun əməkdaşı Nazim Mustafa mövzu ilə bağlı çıxış edərək, tarixi faktları tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Qeyd olunub ki, 1805-ci ildə çar Rusiyası ilə Qarabağ xanlığı arasında imzalanmış Kürəkçay müqaviləsi erməni iddialarını darmadağın edir. Gülüstan və Türkmənçay müqavilələrindən sonra ermənilər tarixi torpaqlarımıza, o cümlədən İrəvana köçürülüblər.

Qeyd olunub ki, 1918-ci ilin may ayında İrəvanın ermənilərə verilməsi tarixi səhv olmaqla yanaşı, gələcək faciələrin də əsasını qoyub. Məhz həmin dövrdən ermənilərin torpaq iddiaları daha da artıb. Natiqlər qeyd ediblər ki, Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı tarixçi alimlər qarşısında ciddi vəzifələr qoyur. Alimlər o dövrü geniş araşdırmaqla, bundan sonra da ciddi elmi əsərlər ortaya qoymaqla dünya miqyasında erməni yalanlarına tutarlı cavablar vermiş olacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq

Azərbaycanın kibürtəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil

İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb

QHT sədri: Azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycanın əldə etdiyi tarixi nəticələrin real ifadəsidir

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

Dmitro Şlapaçenko: Təhsil gələcək nəsilləri inkişaf çağırışlarına hazırlayan əsas vasitədir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir

Bu il Azərbaycandan Türkmənistana məhsul ixracının dəyəri 23 faiz artıb – QRAFİK

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər

Akademik Rafael Hüseynov Tbilisidə keçirilən beynəlxalq konfransında çıxış edib

Gürcüstan Şərq-Qərb beynəlxalq avtomagistralında tikinti işlərini sürətləndirib

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərlik görüşü

Pakistanda 9 terrorçu zərərsizləşdirilib

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 8 oktyabr

DİA rektoru: Azərbaycanda davamlı inkişaf üzrə tədris prosesi bir sıra ölkələrdən əvvəl başlayıb

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir

Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir

Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi VİDEO

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Şəkinin tarixi məkanları və görməli yerləri ukraynalı uşaqlarda xoş təəssürat yaradıb VİDEO

Şəkinin tarixi məkanları və görməli yerləri ukraynalı uşaqlarda xoş təəssürat yaradıb VİDEO

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı