YAPON ŞİRKƏTLƏRİ BAKI-TBİLİSİ-CEYHAN KƏMƏRİNİN TİKİNTİSİNDƏ FƏAL İŞTİRAK EDƏCƏKLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının Moskvadakı nümayəndəsi Tetsuya Utida əsas ixrac boru kəmərinin istifadəyə verilməsindən sonra neftin dünya bazarlarına, o cümlədən Yaponiyaya çatdırılmasında stabilliyin təmin olunacağını bildirmişdir. Onun sözlərinə görə fevralın əvvəlində Yaponiya Beynəlxalq Bankı Bakıda beynəlxalq konsorsiumla 580 milyon dollarlıq kredit müqaviləsi imzalanmışdır. Məşhur yapon şirkətləri “Mitsui”, “Sumitomo” və “Marubeyni-İtoçu Stil” neft kəmərinin tikintisində bilavasitə iştirak edəcəklər. Onların avadanlıq göndərilməsinə dair imzaladıqları müqavilələrin ümumi dəyəri 400 milyon dollardır.