Yaponiya Azərbaycandan qeyri-neft məhsullarının idxalına başlayır
Bakı, 4 oktyabr, AZƏRTAC
Yaponiyaya Azərbaycanın qeyri-neft sektoruna aid məhsulları ixrac olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “TET International Development” şirkətinin rəhbəri Taro Savada qeyd edib.
O bildirib ki, Yaponiyaya fındıq, şərab, zeytun yağı kimi bir sıra qeyri-neft məhsullarının ixracına artıq başlanıb.
Qeyd edək ki, bu gün Bakıda keçirilən Yaponiya-Azərbaycan İnvestisiya Forumunda digər qeyri-neft məhsullarının ixracı ilə bağlı razılıqlar əldə olunub.