Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaponiya Baş Nazirinin hakimiyyətdəki üç mininci günü və ölkə cəmiyyətinin gözləntiləri

Yaponiya Baş Nazirinin hakimiyyətdəki üç mininci günü və ölkə cəmiyyətinin gözləntiləri

Tokio, 13 mart, AZƏRTAC

Martın 12-də Yaponiyanın Baş Naziri Şinzo Abenin hakimiyyətdə olmasının üç mininci günü tamam olur. Bununla Şinzo Abe fasilələrlə olsa belə, ən uzunmüddətli Baş Nazir kimi Yaponiya tarixinə düşsə də, bu əlamətdar gün ölkə iqtisadiyyatına mənfi təsir göstərmiş yeni koronavirusla əlaqədar yaranan narahatlıqlar fonunda sanki kölgədə qalır.

Əgər Şinzo Abe avqustun 24-dək hökumətə başçılığı davam etdirsə, o, hakimiyyətdə olduğu 2006-2007-ci illər hesablanmadan belə ən uzunmüddətli Baş Nazir kimi Yaponiya tarixinə düşəcək və babasının qardaşı Eysaku Satonu ötəcək. Hakimiyyətdə olduğu dövrdə çoxsaylı problemlərlə qarşılaşan Ş.Abe ünvanına səslənməkdə davam edən tənqidi fikirlərə baxmayaraq, çox güman ki, Yaponiya tarixinin ən uzunmüddətli Baş Naziri olacaq.

Tənqidçi ekspertlərin qənaətinə görə, Ş.Abe hakimiyyətdə olduğu dövrdə tarixə düşmək üçün çox da əhəmiyyətli irəliləyişə nail ola bilməyib. Onun “Abenomiks” adlanan iqtisadi siyasəti ölkə iqtisadiyyatına zərər vurmuş təbii fəlakətlərdən - daşqınlar, tufanlar, zəlzələlərdən sonra ölkənin işgüzar mühitinə çox böyük zərbə olan yeni koronavirus təhlükəsi ilə qarşılaşıb. Bu yeni virusun yayılmasının qarşısını almaq üçün Yaponiya hökuməti kütləvi tədbirləri ləğv etmək, şirkətlərə işçiləri evdə çalışdırmağa çağırmaq kimi qeyri-populyar addımlar atmaq məcburiyyətində qalıb.

Ekspertlərin qənaətinə görə, Ş.Abenin Konstitusiyada dəyişikliklər etmək barədə iddiasının da sonu görünmür. Belə ki, bu dəyişiklikləri reallaşdırmaq üçün parlamentdə üstünlüyü təmin etmək cəhdləri uğursuzluqla nəticələnib. 2014-cü ildə ölkənin pasifist Konstitusiyasına yenidən baxılmasına nail olan Ş.Abe bu istiqamətdə fəaliyyətini davam etdirərək, ölkənin özünümüdafiə qüvvələrinin rolunun artırılması məqsədilə 2016-cı ildə təhlükəsizlik üzrə yeni qanunvericiliyin qəbulunu həyata keçirib. Lakin onun İkinci Dünya müharibəsindən sonra qəbul edilmiş Konstitusiya ilə bağlı əsas düzəliş və dəyişiklikləri həyata keçirmək niyyəti hələlik parlamentin dəhlizlərində ilişib qalıb. Digər tərəfdən, yapon ictimaiyyəti bu dəyişikliklərlə bağlı iki cəbhəyə ayrılıb, onun yapon militarizmindən ziyan çəkmiş Çin və Cənubi Koreyanı qıcıqlandıracağı da istisna edilmir.

Bununla yanaşı, hazırda yeni koronavirusun vura biləcəyi ziyanın qarşısını almaq məqsədilə Ş.Abenin rəhbərlik etdiyi hökumət yeni yollar axtarışındadır. Belə ki, martın 10-da hökumət yaranmış vəziyyəti sabitləşdirmək üçün fövqəladə tədbirlərin həyata keçirilməsinə 1 trilyon yen (təqribən 9,6 milyard dollar) həcmində yeni paketini ayırıb. Bu məbləğin 500 milyardının satışın aşağı düşməsi nəticəsində kiçik və orta müəssisələrin qarşılaşdığı maliyyə çatışmazlığını aradan qaldırmaq üçün faizsiz kredit şəklində verilməsi nəzərdə tutulur.

Bu tədbirlər hökumətin virusun ilkin olaraq ziyan vurduğu turizm və digər xidmət sahələrində çalışan kiçik və orta şirkətlərə yardım üçün ayırdığı 500 milyard dollar aşağı faizli kredit yardımından cəmi bir ay sonra qəbul edilib.

Lakin Çində başlayan və böyük sürətlə dünyanın digər ölkələrinə yayılan virus bu paketlərin təsirini demək olar ki, hiss olunmaz edir.

Ş.Abe, eyni zamanda, yaxınlaşmaqda olan “Tokio 2020” Yay Olimpiya və Paralimpiya oyunları ilə əlaqədar da vaxt gərginliyi ilə qarşılaşıb. Yaponiya hökuməti bu böyük idman tədbirinin heç bir vəchlə təxirə salınmasını istəmir.

Konstitusiyaya dəyişikliklərlə bağlı müzakirələrin də parlamentdə tezliklə başlayacağını söyləmək çətindir. Çünki hazırda hökumətin bütün diqqəti yalnız yeni koronavirusla bağlı tədbirlərin həyata keçirilməsinə yönəlib.

Bununla yanaşı, Ş.Abe həll edilməmiş diplomatik məsələlərlə bağlı maneələrlə də qarşı-qarşıyadır. Bu məsələlər sırasında Rusiyanın nəzarətində olan dörd ada ilə bağlı problemin hələ də davam etməsi, həmçinin ötən əsrin 70-80-ci illərində Şimali Koreyanın xüsusi xidmət orqanları tərəfindən oğurlanmış yapon vətəndaşları məsələsinin öz həllini tapmaması xüsusi yer tutur.

Bütün bunlara baxmayaraq, yapon cəmiyyətində Baş Nazirin ABŞ Prezidenti Donald Trampla sıx əlaqələr qurması əsas gətirilərək, onun hakimiyyətinin davam etməsinin zəruriliyi barədə fikirlər də səslənməkdədir. Hazırda Yaponiyanın Müdafiə naziri vəzifəsini tutan T.Kono jurnalistlərə bildirib ki, Ş.Abe hazırda beynəlxalq görüşlərin ən təcrübəli fiqurlarından birinə çevrilib. Bu baxımdan Ş.Abenin diplomatik aləmdə yaxşı tanınması fikri ilə razılaşmaq olar. Belə ki, yapon məmurların özləri də onun bir çox dünya liderləri ilə, o cümlədən ABŞ Prezidenti Donald Trampla sıx münasibətlər qurduğunu söyləyirlər. Lakin buna baxmayaraq, Koreya Respublikası ilə Yaponiya arasında İkinci Dünya müharibəsi illərində məcburi əməyə görə kompensasiyaların ödənməsi tələbi ticari və təhlükəsizlik sahəsində ciddi problemlərin yaranması ilə nəticələnib. Bundan əlavə, Yaponiyanın Çin və Cənubi Koreyadan gələnlərə viza verilməsi ilə bağlı tətbiq etdiyi son məhdudiyyətlər ikinci ölkə tərəfindən çox böyük narazılıqla qarşılanıb.

Göründüyü kimi, artıq kifayət qədər uzun müddət hakimiyyətdə olmasına baxmayaraq, Ş.Abenin tarixdə qalmaq cəhdləri hələ ki, arzulanan nəticəni verməyib.

Əgər Şinzo Abe 2020-ci il avqustun 24-dək hakimiyyətdə qalarsa, o, Yaponiyanın fasiləsiz olaraq hökumətə başçılıq etmiş ən uzunmüddətli Baş Naziri olacaq. Hazırda həmin rekord fasiləsiz şəkildə 2798 gün Baş Nazir olmuş Eysaku Satoya məxsusdur. Çox güman ki, Ş.Abe doğma babasının qardaşının bu rekordunu təzələyəcək, lakin həyata keçirdiyi tədbirlərin onun adını Yaponiya tarixinə yazacağını demək hələlik çətindir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər