Yaponiya elektromobillər üçün akkumulyatorların istehsalına təqribən 2,4 milyard dollar ayıracaq
Bakı, 6 sentyabr, AZƏRTAC
Yaponiya hökuməti elektrik avtomobil akkumulyatorlarının yerli istehsalını dəstəkləmək üçün təqribən 2,4 milyard dollar vəsait ayırmağı vəd edib.
AZƏRTAC xəbər verir ki, Yaponiya mediasının proqnozlarına görə, bu addım ölkənin illik akkumulyator istehsal gücünü indiki 80 QVt-dən təxminən 50 faiz artıraraq 120 QVt-saata çatdırmağa kömək edəcək.
“Toyota” şirkəti 2026-cı ilin noyabr ayından etibarən akkumulyatorların tədarükünə başlayacaq. “Yomiuri” qəzeti yazır ki, plan Hyoqo və Fukuoka prefekturalarında akkumulyator zavodlarının tikintisini nəzərdə tutur.
“Nissan” şirkəti isə illik 5 GWh yerli istehsal gücünə nail olmaq üçün 2028-ci maliyyə ilindən etibarən miniavtomobillərə litium-dəmir fosfat batareyaları quraşdırmaq niyyətində olduğunu bildirib.
“Panasonic”in “Tesla” və “Subaru” üçün akkumulyatorlar istehsal edən enerji bölməsi birgə bəyanatda 2028-ci maliyyə ilindən başlayaraq silindrik litium-ion batareyaları tədarük etmək üçün Tokionun şimalındakı Qunma prefekturasında zavod açacağını bəyan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:11]
İqlim dəyişmələri son 40 ildə Avropa İttifaqına 822 milyard avro zərər vurub
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]
“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir
- 12.06.2026 [12:03]