Yaponiya milli süni intellekt modelinin hazırlanmasına 19 milyard dollar xərcləyəcək
Bakı, 21 dekabr, AZƏRTAC
Yaponiya hökuməti özəl sektorla birlikdə milli süni intellekt modelini yaratmaq üçün təxminən 3 trilyon yen (təxminən 19 milyard dollar) xərcləmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məluma yayıb.
Birgə inkişafda “SoftBank” kimi nəhənglər də daxil olmaqla 10-dan çox yerli şirkət iştirak edəcək. Nəşrin məlumatına görə, hökumət xərclərin təxminən üçdə birini ödəmək, qalan hissəsini isə özəl firmalar tərəfindən investisiya yatırmaq niyyətindədir.
Yaponiyanın öz süni intellektinin inkişafına 2026-cı ildə başlanılması gözlənilir. Buraya qabaqcıl məlumat mərkəzlərinin tikintisi də daxil olacaq. Bu süni intellekt modelinin yerli istehsal robototexnikasında da istifadə edilməsi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2026 [22:14]
Gürcüstan Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaq üçün addımlar atır
- 15.05.2026 [22:04]
Frontex: Aİ-yə qeyri-qanuni keçidlərin sayı 40 faiz azalıb
- 15.05.2026 [20:01]
Hantavirusla bağlı Fransada FFP2 maskalarına tələbat kəskin artıb
- 15.05.2026 [19:37]
Çin Lideri Si Cinpin ABŞ-yə səfər edəcək
- 15.05.2026 [19:17]
Fransanın təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatıb
- 15.05.2026 [18:52]