YAPONİYA ŞƏRQYÖNLÜ İDMAN NÖVLƏRİNİN İNKİŞAFINA MARAQ GÖSTƏRİR
Bakı, 9 iyul (AZƏRTAC). Yaponiya hökuməti Azərbaycanda şərqyönlü idman növlərinin, cüdo, əlbəyaxa döyüşü, karate tipli idman oyunlarının inkişaf etdirilməsinə maraq göstərir. Belə ki, Gənclər və İdman Nazirliyi ilə Yaponiya arasında 1999-cu ildə bağlanmış müqaviləyə əsasən, ölkəmizdə şərq əlbəyaxa döyüşü növünün genişləndirilməsinə və inkişafına 400 min ABŞ dolları məbləğində maliyyə vəsaiti ayrılmışdır. Həmin vəsait indiyədək Bakıda şərq əlbəyaxa döyüşü idman növlərinin təşkilinə xidmət edən müasir tipli idman bazasının yaradılmasına, mövcud idman müəssisələrinin yeni avadanlıqla təchiz olunmasına, yarışların keçirilməsinə xərclənmişdir. Nəticədə Azərbaycan idmançıları Yaponiyada keçirilən idman yarışlarında fəal iştirak etmiş, idmanın bu sahəsinə gənclərin marağı artmış, keçirilən yarışlarda uğurlar qazanılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]