Yaponiyada ölkəyə gələnlərdən koronavirus testindən keçmək tələb olunacaq
Tokio, 9 yanvar, AZƏRTAC
Yaponiya hökuməti ölkəyə yeni gələnlərdən yola çıxmazdan 72 saat əvvəl verilmiş mənfi koronavirus testi tələb edəcək.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə qərar yanvarın 13-dən qüvvəyə minəcək. Bu tələbin Tokioda və ətraf üç prefekturada elan edilmiş fövqəladə vəziyyət rejimi ilə eyni vaxtda aradan qaldırılacağı gözlənilir.
Bununla yanaşı, Yaponiya aeroportlarından istifadə edən abituriyentlərdən də testdən keçmələri xahiş olunacaq.
Hakimiyyət orqanları, həmçinin xüsusi ayrılmış yerlərdə karantində olmaları barədə sertifikat təqdim edə bilməyənlərdən Yaponiyaya gəldikdən sonra üç gün ərzində testdən keçmələrini xahiş edəcək.
Testin mənfi olmasına baxmayaraq, yeni gələnlərdən onların təmasda olduğu şəxslərlə bağlı informasiya əldə etmək üçün lazımi proqram əlavəsini yükləmələri və olduqları yerlərin qeydiyyatını aparmaları da xahiş olunacaq.
Bununla yanaşı, Yaponiyaya yeni gələnlərə mənzillərində və ya yaşayacaqları digər yerlərdə 14 günlük karantin keçmələri də təklif ediləcək.
Bununla əlaqədar Yaponiya hökumətinin karantin haqqında qanuna yenidən baxacağı da bildirilir. Qanunda nəzərdə tutulan dəyişikliklərdən sonra yeni hüquqi səlahiyyət əldə edən şəxslərə 14 günlük karantindən imtina edənlərə qarşı həbs qəti imkan tədbiri seçmə və ya cərimə müəyyən etmə hüququ veriləcək.
Əlavə olaraq qeyd edək ki, Yaponiyada koronavirusa yoluxanların sayı artmaqda davam edir. Yanvarın 8-də yerli vaxtla axşam saat 20:00-a olan məlumata görə 7841 nəfər yeni yoluxan qeydə alınıb, 57 nəfər həyatını itirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]