Yaponlar Tokio Olimpiadası zamanı tamaşaçı sayının məhdudlaşdırılmasının tərəfdarıdır
Bakı, 7 oktyabr, AZƏRTAC
Yaponiya sakinləri arasında aparılan sosioloji sorğunun nəticələrinə görə, respondentlərin təxminən üçdə ikisi 2021-ci il iyulun 8-dən avqustun 8-dək Tokioda keçiriləcək Olimpiya Oyunlarını həyəcanla gözləyirlər.
AZƏRTAC xəbər verir ki, eyni zamanda, yaponların yarıdan çoxu stadionlarda azarkeş sayının məhdudlaşdırılmasının tərəfdarıdır.
Sorğuda 1202 nəfər iştirak edib. “Japan Times” nəşrinin məlumatına görə, pandemiya zamanı respondentlərin yalnız 15,6 faizi Oyunlara qarşı çıxıb. Yarışları boş tribunalar qarşısında görmək istəyənlərin də payı azdır - 11 faiz. Eyni zamanda, respondentlərin yalnız 7,2 faizi koronavirusla əlaqəli məhdudiyyətlərin ümumiyyətlə lazım olmadığını düşünür.
Yaponların əksəriyyəti, yəni 58,5 faizi tribunadakı tamaşaçı sayının ciddi şəkildə məhdudlaşdırılmasının tərəfdarıdır. Yeri gəlmişkən, indi ölkədə belə yarışlar keçirilir. Araşdırmalar göstərir ki, əhalinin 62,4 faizi Tokio Oyunlarının keçirilməsinin tərəfdarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]