YAPONLAR ZƏLZƏLƏLƏRİN DÜNYADA ƏN BÖYÜK SİMULYATORUNU SINAQDAN ÇIXARMIŞLAR
24 porşen üzərində nəhəng qurğu zəlzələlərə davamlı konstruksiyalar hazırlanarkən istifadə edilmək üçün yaradılmışdır. Yanvarın 13-də aparılan eksperiment zamanı 16 metr hündürlüyündə bina 7,2 bal gücündə təkanlara tab gətirmişdir. Məhz bu gücdə zəlzələ 1995-ci ildə Kobe şəhərində 6 mindən çox insanın həyatına son qoymuşdur. Sınaq təxminən 40 saniyə çəkmiş və binanın uça biləcəyi anda dayandırılmışdır.
Mütəxəssislərin fikrincə, real ölçülü obyektlərdə eksperimentlər konstruktorlara kiçik modullarda iş zamanı nəzərdən qaça bilən nöqsanları tapmağa imkan verir.
“E-Defense” adlı bu layihənin dəyəri 394 milyon dollardır. İnstitut belə eksperimentləri müxtəlif tipli tikililərdə gələcəkdə də aparmağı planlaşdırır.
Yaponiya dörd tektonik tava üzərində yerləşir və zəlzələlər baxımından dünyada ən təhlükəli ölkələrdən biri sayılır. 1923-cü ildə bu təbii fəlakət Tokionu əslində, Yer üzündən, silmiş və 100 mindən çox insanı məhv etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]