Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaqub Mahmudov: Azərbaycanın müstəqilliyi yolunda Heydər Əliyevin tarixi xidmətləri danılmazdır

Yaqub Mahmudov: Azərbaycanın müstəqilliyi yolunda Heydər Əliyevin tarixi xidmətləri danılmazdır

Bakı, 15 noyabr, AZƏRTAC 

17 noyabr Azərbaycan Respublikasının Milli Dirçəliş Günüdür. Mənəvi əsaslarını və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter alıb, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoyub. AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun bununla bağlı qeydlərini təqdim edir.

1969-cu ildə - Azərbaycan SSR-də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçildi və ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla da Sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başlandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı.

Heydər Əliyev Azərbaycan rəhbərliyinə gələn il - 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illiyi tamam olurdu. Yubiley mərasimində, doğrusunu deyim, gözləmədiyimiz halda, respublikanın başçısı ana dilində çıxış etdi. Onda ziyalılarımız başa düşdü ki, respublika rəhbəri Azərbaycanın dirçəlişi yolunu tutub və bu istiqamətdə inkişafa doğru addımlayır.

Heydər Əliyevin 60-cı illərin sonu - 70-ci illərdə xalqımızın milli dirçəlişini necə cəsarətlə himayə etməsinin canlı şahidiyəm. O zaman mən ölkəmizdə milli oyanışın əsas mərkəzlərindən biri olan Azərbaycan Ensiklopediyasında fəaliyyət göstərirdim. Böyük mütəfəkkirimiz Rəsul Rzanın başçılıq etdiyi ensiklopediyaçılar və ensiklopediya ətrafında toplanan qabaqcıl ziyalılar o zaman çox cəsarətli addımlar atırdılar. Xalqımızın təşəkkülündə türk etnoslarının həlledici rol oynaması, Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı, Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin tariximizdə mütərəqqi rol oynaması, Cümhuriyyət dövrünün xadimlərinə obyektiv qiymət verilməsi, 1920-ci ilin Aprel işğalı kimi bir çox məsələləri o zaman məhz ensiklopediyaçılar qaldırdılar. Bunu da unutmamışam ki, milli oyanışımızın düşmənləri bizi ləkələmək üçün dəridən-qabıqdan çıxırdılar. Heydər Əliyev bütün bunlardan çəkinməyərək 1971-ci ilin martında mənə ensiklopediya baş redaktorunun elmi işlər üzrə müavini kimi məsul bir vəzifə etibar etdi. Həmin illərdə biz məhz onun dəstəyi sayəsində ilk dəfə olaraq Azərbaycanın tarix xəritələrini çap etdirə bildik. Çox çəkmədən bizə “millətçi”, “burjua məfkurəçiləri”, “Sovet hökumətinin və Rusiyanın düşmənləri” damğasını vurmağa çalışdılar. “Sapı özümüzdən olan baltalar” xalqımıza qarşı 1918-ci ilin Mart soyqırımını törətmiş Stepan Şaumyanın oğlunu - o zaman “Böyük Sovet Ensiklopediyası” baş redaktorunun birinci müavini işləyən Levon Şaumyanı Bakıya gətirdilər. Qara qüvvələr Azərbaycan ziyalılarına ləkə yaxmaq üçün özlərini oda-közə vurdular. Lakin onlar məqsədlərinə çata bilmədilər. Məhz Heydər Əliyevin müdrikliyi və cəsarəti sayəsində o zaman həm ensiklopediyaçılar, həm də ziyalılarımızın böyük bir dəstəsi, o cümlədən də mən, nəinki Dövlət Təhlükəsizlik Komitəsinin təqiblərinə düçar olmadıq, hətta o dövr üçün dəhşətli bir cəza sayılan partiya cəzasından da yaxa qurtara bildik!

Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir.

80-ci illərin ortaları idi. O zaman Azərbaycan hələ müstəqil deyildi. Vətənimiz həmin dövrdə SSRİ adlanan nəhəng bir dövlətin tərkibində idi. Dünyanın təqribən altıdabir hissəsini əhatə edən bu böyük dövlət artıq dağılmağa başlamışdı. Ölkədə hər şey getdikcə qıtlaşırdı. Əhalinin ehtiyaclarını ödəyə bilməyən SSRİ hətta ət, yağ və başqa ərzaq məhsullarını da xarici ölkələrdən alırdı. SSRİ-nin ayrı-ayrı rəhbərləri müxtəlif tədbirlər görməyə başlamışdılar. Bunlardan biri də o zaman SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçov idi. O, bütün ölkədə “yenidənqurma” tədbirləri keçirəcəyini bildirdi.

Qorbaçovun həyat yolu Şimali Qafqazdan - çoxlu erməninin yaşadığı Stavropoldan başlamışdı. Qorbaçovlar ailəsi varlı erməni millətçiləri ilə sıx bağlı idi. Qorbaçovun əhatəsində olan erməni millətçiləri Qafqazda qüdrətli erməni dövləti - “böyük Ermənistan” yaratmaq xəyalı ilə yaşayırdılar. “Böyük Ermənistan” Azərbaycan torpaqlarının işğal olunması hesabına yaradılmalı idi. Ermənilərin əsas məqsədi Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı ələ keçirmək idi. Qorbaçov ermənilərə vəd etmişdi ki, o, Dağlıq Qarabağı Azərbaycandan alıb Ermənistana verəcək. Lakin bu asan məsələ deyildi. Çünki həmin dövrdə Qorbaçovun xalqımıza qarşı bu düşmənçilik niyyətinin qarşısını kəsən güclü bir maneə vardı. Həmin maneə xalqımızın o zaman Moskvada işləyən sədaqətli oğlu Heydər Əliyev idi. O, Siyasi Büronun üzvü idi və o zaman bütün Sovet İttifaqında böyük nüfuz qazanmışdı. Dünyanın hər yerində onu yaxşı tanıyırdılar.

Ermənilər Qorbaçovlar ailəsini ələ almışdılar. Odur ki, Qorbaçov Dağlıq Qarabağı Ermənistana vermək üçün iyrənc bir hiyləyə əl atdı. Əvvəlcə, Heydər Əliyevi Siyasi Bürodan uzaqlaşdırmaq qərarına gəldi. O zaman Azərbaycanın böyük oğlunun Sovet İttifaqının rəhbərliyindən uzaqlaşdırılması xalqımız üçün böyük fəlakət idi. Sevimli şairimiz Bəxtiyar Vahabzadə bu kədərli xəbəri eşitcək demişdi: “Ey vah, Moskvadakı yeganə və ən böyük qalamız yıxıldı!” Böyük şair səhv etməmişdi. Xalqımızın Moskvada - sovet rəhbərliyində olan himayəçisi Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılmasından cəmi 15 gün sonra Qorbaçovlar ailəsinin yaxın dostu olan daşnak Aqanbekyan Qarabağın tezliklə Ermənistana veriləcəyini elan etdi. Bununla Qorbaçovun və onun “yenidənqurma” tədbirlərinin iç üzü açıldı.

Xalqımızın fəlakətli günləri başlandı. Ermənistanda silahsız həmvətənlərimizə qarşı hücumlar, qırğınlar başlandı. Çox keçmədən Ermənistanda, yəni keçmiş Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar öz ata-baba yurdlarından qovuldular.

Qarabağ erməniləri və dünyanın hər yerində onları müdafiə edən erməni millətçiləri də Azərbaycana qarşı düşmənçilik hərəkətlərinə başladılar. Qorbaçov bu zaman Vəzirovu Azərbaycana, Arutyunyanı isə Ermənistana rəhbər göndərdi. Arutyunyan İrəvana çatan kimi “Miatsum” hərəkatı ilə birləşdi. Amma bura göndərilən isə meydana düşüb xalqla birləşmək əvəzinə Qorbaçova və sözün əsl mənasında ermənilərə xidmət etdi. Bu zaman Azərbaycanda çox çətin vəziyyət yaranmışdı. Ölkədə Ermənistandan - Qərbi Azərbaycandan qovulmuş qaçqınların sayı gündən-günə artmaqda idi. Onların əksəriyyəti Bakıya axışır, paytaxtda vəziyyət gərginləşirdi. Qaçqınların çoxu əvvəlcə onların ata-baba yurdlarının qonşuluğunda yerləşən və iqliminə, şəraitinə görə ata-baba yurdlarına çox bənzəyən Dağlıq Qarabağda məskən salmaq istəyirdilər. Bu bir ziyalı, həm də BDU-nun Tarix fakültəsinin dekanı kimi mənim də ürəyimdən idi. O zaman bu işə cəhd göstərənlərin sırasında idim. Buna görə Vəzirov BDU-nun ozamankı rektoru Yəhya Məmmədova zəng edib demişdi ki, o dekanı universitetdən uzaqlaşdırın, biz burada sülh şəraiti yaradırıq, o isə xalqlar arasında qan tökülməsinə bais olmaq istəyir. Beləliklə, Qorbaçovun göstərişi ilə hərəkət edən Vəzirov onların Dağlıq Qarabağda yerləşdirilməsinə imkan vermədi. O, Qarabağ ermənilərinin silahlandırılmasına göz yumdu. Bu bir yana dursun, xalqımızın azğın düşmənə qarşı silahlanmasına, özünümüdafiə dəstələri yaratmasına da imkan vermədi, xalqın əlində olan ov silahları belə yığıldı.

1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı ayağa qalxdı və göstərdi ki, xalqımız öz torpağını müdafiə etməyə, qorumağa qadirdir. Meydan hərəkatı Moskvaya, bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı döyüşə, mübarizəyə hazır xalqdır. Amma meydan hərəkatının gedişində aydın oldu ki, biz müstəqillik qazanmadan Vətən torpaqlarını əldə saxlaya bilməyəcəyik.

O zaman BDU-nun Tarix fakültəsi milli azadlıq hərəkatının mərkəzlərindən biri idi. Hərəkatın qabaqcılları olan gənclərimiz fakültənin otaqlarından birində üçrəngli bayrağımız altında fəaliyyət göstərirdilər. Dekan olarkən sədri olduğum fakültə Elmi Şurası S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul edib. Beləliklə, universitetin adının dəyişdirilməsi haqqında ilk rəsmi qərar Tarix fakültəsinin Elmi Şurasında qəbul edilib. Daha sonra adın dəyişdirilməsi universitetin Böyük Elmi Şurasının qərarı ilə rəsmiləşib. Həmin vaxtdan universitet öz tarixi adı altında fəaliyyət göstərir.

BDU-nun Tarix fakültəsinin qabaqcıl tələbələri xalq hərəkatında gənclərin, demək olar ki, önündə gedirdilər. Mən BDU-nun Böyük Elmi şurasında milli azadlıq hərəkatının fəalları olan bir qrup tələbənin universitetdən xaric edilməsi barədə qərar çıxarılmasına kəskin etiraz etdim və onları qovmağa qoymadım. Mənə qarşı elə rejim yaratdılar ki, Tarix fakültəsinin dekanı işləyə bilmədim və istefa verdim. Öz ölkəmdə təqib olunduğum üçün məni Ukraynaya işə dəvət etdilər, ev veriləcəyi barədə vəd verdilər. Mən Vətənimi tərk etmədim.

1990-cı ilin yanvarında Sovet imperiyası milli azadlıq hərəkatını boğmaq üçün Bakıda qırğın törətdi. Moskva bu cür cəza tədbirləri ilə SSRİ-nin dağılmasının qarşısını almaq istəyirdi. Amma heç bir nəticə vermədi və 1 il sonra Sovet imperiyası dağıldı.

2019-cu ildə AMEA-nın Tarix İnstitutunda “Şərəfli ömrün bir səhifəsi: Tarix fakültəsi (1986-1990)” adlı kitab çap olunub. Kitabda 80-ci illərin sonu - 90-cı illərin əvvəlində BDU-nun Tarix fakültəsində təhsil almış tələbələrin milli azadlıq hərəkatı ilə bağlı xatirələri yer alıb.

Müstəqilliyə gələn yolda Heydər Əliyevin tarixi xidmətləri danılmazdır. Çünki SSRİ-nin süqutu ərəfəsində Azərbaycan xalqı onun sayəsində müstəqil yaşamağa tam hazır idi. Buna həm iqtisadi vəziyyət, həm də xalqın milli şüuru imkan verirdi.

Sovet imperiyasının çökməsində Azərbaycan milli azadlıq hərəkatı çox mühüm rol oynadı. Xalq hərəkatı nəticəsində 18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu və ölkəmiz XX əsrdə ikinci dəfə müstəqil dövlət olaraq öz varlığını dünyaya elan etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

ABŞ Suriyanı “Terrorizmin sponsorları” siyahısından çıxarıb

ABŞ rəsmisi: İranla iqtisadi əlaqələri kəsməyən ölkələrə yeni sanksiyalar tətbiq olunacaq

Sabah paytaxtda və bir sıra rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

ABŞ-nin İrana 5 sahədə sanksiyalar tətbiq etdiyi məlum olub – YENİLƏNİB

İsmayıllıda avtomobil aşıb, sürücü ölüb

Prezident İlham Əliyevin sosial media hesablarında Özbəkistana dövlət səfərinə dair videoçarx paylaşılıb VİDEO

Almaniyanın və Norveçin şirkətləri arasında qaz tədarükünə dair müqavilə imzalanıb

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində olacaq

Böyük Britaniyanın Baş naziri Ukraynaya dəstəyin davam edəcəyini açıqlayıb

Dünya okeanlarında temperatur rekord həddə çatıb

ADPU magistratura səviyyəsi üzrə boş qalan yerlərə qəbul elan edir

Avropa çempionatı: Azərbaycanın voleybol millisi Rumıniya komandasını məğlub edib

“Sabah”ın futbolçusu: Möhtəşəm atmosfer gözləyirik VİDEO

“Sabah”ın futbolçusu: Möhtəşəm atmosfer gözləyirik VİDEO

“Sabah”ın baş məşqçisi: Məsələni əlavə vaxta qalmadan həll edə biləcəyik VİDEO

“Sabah”ın baş məşqçisi: Məsələni əlavə vaxta qalmadan həll edə biləcəyik VİDEO

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub VİDEO

Türkiyədə Beynəlxalq Türk Akademiyasının VIII Yay Məktəbi fəaliyyətə başlayıb

Kəlbəcər şəhərinin ilk məzunu tələbə adını qazanıb

Deputat: Özbəkistan Azərbaycanın Mərkəzi Asiyadakı ən böyük ticarət tərəfdaşıdır VİDEO

Deputat: Özbəkistan Azərbaycanın Mərkəzi Asiyadakı ən böyük ticarət tərəfdaşıdır VİDEO

Tarixi köklərə söykənən strateji tərəfdaşlıq: Azərbaycan-Özbəkistan elm və təhsil diplomatiyasının zirvəsi

Ekspert: Azərbaycan ilə Özbəkistan arasında təhsil sahəsində yeni imkanlar yaranacaq VİDEO

Ekspert: Azərbaycan ilə Özbəkistan arasında təhsil sahəsində yeni imkanlar yaranacaq VİDEO

“Könüllülər koalisiyası” Ukraynaya qoşun göndərmək planlarını təsdiq edib

Azərbaycan və Özbəkistan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji körpü yaradır ŞƏRH

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

Dələduzluqda ittiham olunan şəxs Ukraynadan ölkəmizə ekstradisiya ediləcək

Paytaxtda 20-yə yaxın küçə və prospektdə təmir işləri aparılır

Məktəbəhazırlıq qrupları üzrə 59 minə yaxın sorğu yerləşdirilib

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

“Hapoel”in baş məşqçisi: “Sabah"ın heyətində əla futbolçular var VİDEO

“Hapoel”in baş məşqçisi: “Sabah"ın heyətində əla futbolçular var VİDEO

Bakı-Daşkənd xətti regional əməkdaşlığın mühüm istiqamətinə çevrilir RƏY

Birinci sinfə qəbul üçün 121 mindən çox sorğu yaradılıb

İsrail klubunun qapıçısı: “Sabah”la çətin duelə hazırıq VİDEO

İsrail klubunun qapıçısı: “Sabah”la çətin duelə hazırıq VİDEO

Şəhərətrafı qatarların hərəkət cədvəli müvəqqəti yenilənir

Oğurluqda təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya ediləcək

Qarabağ Universiteti ilə Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri müzakirə olunur

Nazir: Azərbaycan-Özbəkistan sənədləri mühüm layihələrin icrası baxımından əhəmiyyət daşıyır

Şuşa şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Bakıda keçiriləcək çimərlik güləşi yarışlarının azərbaycanlı hakimləri müəyyənləşib

“İri Şəhərlərin Su Təchizatı” QSC: Əhali abonentlərinin 79,89 faizi CİS bazasına inteqrasiya olunub

Hakan Kılıç: Azərbaycan Prezidentinin Özbəkistana səfəri Türk dünyası baxımından mühüm hadisədir

Fransada irqçiliyə yol verən hərbçilərlə bağlı araşdırma başlayıb

İxtisas seçiminin nəticələri açıqlanıb: 58 min 947 nəfər ali məktəblərə qəbul olunub YENİLƏNİB

Azərbaycan-özbək ədəbi əlaqələri qarşılıqlı tərcümədən elmi əməkdaşlığa doğru inkişaf edir

Xətai rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində fasilə yaranacaq

Özbəkistan komandasının məşqçisi: Futbol insanları birləşdirir VİDEO

Özbəkistan komandasının məşqçisi: Futbol insanları birləşdirir VİDEO

® “Lombard” kreditinə illik 10 faizədək endirim – ŞƏRTLƏR

Bişkekdə kibertəhlükəsizlik festivalı olacaq

Azərbaycan-Özbəkistan nəqliyyat əlaqələri geniş perspektivə malikdir - ŞƏRH

Politoloq: Cənubi Qafqazla Mərkəzi Asiyanın birləşməsinə şahidlik edirik VİDEO

Politoloq: Cənubi Qafqazla Mərkəzi Asiyanın birləşməsinə şahidlik edirik VİDEO

Mütəxəssis: Xəzər sahillərində şəhərsalma layihələri səviyyə dəyişmələri nəzərə alınmaqla həyata keçirilməlidir

“LaGazetteaz” Prezident İlham Əliyevin Özbəkistan səfərinin mühüm məqamlarını işıqlandırıb

“Bir yay, min xatirə” yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar təşkil olunub

Azərbaycan-Özbəkistan münasibətləri sərgi fəaliyyətində də öz əksini tapır

Çempionlar Liqası: “Sabah” – “Hapoel” matçına 20 minə yaxın bilet satılıb

Gülşən Kəngərli: Azərbaycan ilə Özbəkistan arasında tələbə və elmi əməkdaş mübadiləsi uğurla aparılır

Göyçayda ilan sancan 40 yaşlı kişi xəstəxanaya yerləşdirilib

Özbək professor: Elm və təhsil xalqlarımızı birləşdirən ən dayanıqlı körpülərdən birinə çevriləcək

Rektor: ADMİU ilə Özbəkistanın ali təhsil və incəsənət müəssisələri arasında əlaqələr yeni mərhələdədir

Daxili işlər naziri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək

Biomüxtəlifliyin aktual problemlərinə dair II respublika elmi-praktik konfransı təşkil olunacaq

DSMF Tovuzda ictimai dinləmə təşkil edib

Ekspert: Azərbaycan bankının Özbəkistan bazarına daxil olması milli biznesin bu ölkədə genişlənməsinə paralel atılan addımdır

“ASAN xidmət” və Özbəkistanın Dövlət Xidmətləri mərkəzləri arasında təcrübə mübadiləsi aparılacaq

Özbəkistanlı deputat : Azərbaycanla münasibətlərimiz konkret imkanlar diplomatiyasına keçid edir

Paytaxtın bu ərazisində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Rəcəb Tayyib Ərdoğan: Türkiyə regionda sabitliyi pozmaq cəhdlərinin əleyhinədir

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar VİDEO

Buxara şəhərində “Ark” qalası ilə tanışlıq VİDEO

Azərbaycanın və Özbəkistanın potensialının bir-birini tamamlaması Orta Dəhlizin inkişafında ciddi imkan yaradır Təhlil

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar YENİLƏNİB VİDEO

Qubada III “Ulduz Cup” beynəlxalq futbol turnirinin açılışı olub VİDEO

Qubada III “Ulduz Cup” beynəlxalq futbol turnirinin açılışı olub VİDEO

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində bürünc medal qazanıb

“Yanardağ” qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət edib?

Ekspert: Azərbaycan-Özbəkistan nəqliyyat əməkdaşlığının perspektivi Orta Dəhlizin inkişafı ilə bağlıdır

İmtahan vermədən AzTU-da ikinci təhsil almaq şansı

Zərifə Quliyeva: Əbədiləşən Özbəkistan-Azərbaycan dostluğu iki qardaş xalqın münasibətlərini yeni mərhələyə yüksəldir

Almaniyanın ikinci milyarderi Klaus-Mixael Kühne vəfat edib

Allergenlərin qida məhsullarının etiketində göstərilməsinə dair yeni tələblər müəyyənləşdirilib

ATMU tələbələri Özbəkistanda keçirilən beynəlxalq yay məktəbində iştirak ediblər

Türkiyəli yazıçı: Azərbaycan türkləri Çanaqqala müharibəsini özlərindən ayrı görmədilər

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 6 nəfər saxlanılıb VİDEO

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 6 nəfər saxlanılıb VİDEO

Endi Börnhem yeni evlənən cütlüyə sürpriz edib

Peşəkar təcrübəsi və müasir tibbi yanaşmalara verdiyi önəmlə seçilən həkim

Siyasi şərhçi: “Əbədi dostluq” iki qardaş ölkənin gələcəyə birlikdə baxmaq iradəsinin ifadəsidir

Azərbaycan və Latviya əmək bazarı və məşğulluq sahəsində təcrübə mübadiləsi aparır

Tanınmış futbolçu Fabinyo “Trabzonspor”a keçib

Azərbaycan və Özbəkistan Türk dünyasının birliyinin möhkəmlənməsində mühüm rol oynayır - ŞƏRH

Ötən həftə zərərsizləşdirilən minaların sayı açıqlanıb

Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarına yeni baş məşqçilər təyin olunub

HTP qalibi: Çində əldə edəcəyim bilikləri Azərbaycanın neft-qaz sənayesinə tətbiq etmək istəyirəm

Arif Əsədov: “Neftçi” düzgün yoldadır

Cənubi Qafqazın 8 min illik tarixi - Göytəpədə arxeoloji tədqiqatlar davam etdirilir VİDEO

Cənubi Qafqazın 8 min illik tarixi - Göytəpədə arxeoloji tədqiqatlar davam etdirilir VİDEO

® Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı oldu!

M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin sentyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Naxçıvanda 26 yaşayış məntəqəsi üzrə 420 kilometr avtomobil yolu əsaslı təmir olunacaq – Açıqlama VİDEO

Naxçıvanda 26 yaşayış məntəqəsi üzrə 420 kilometr avtomobil yolu əsaslı təmir olunacaq – Açıqlama VİDEO

Aygün Süleymanova: Azərbaycan–Özbəkistan teatr əlaqələri dərin tarixi köklərə malikdir

“Euronews” Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərindən yazıb

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm geoiqtisadi körpü yaradır RƏY