Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaqub Mahmudov: Dədə Qorqudun məzarının Dərbənddə olmasına şübhə etmirəm

Bakı, 9 avqust, AZƏRTAC

Qürur hissi keçirirəm ki, ulu öndər Heydər Əliyev “Kitabi Dədə Qorqud” dastanının 1300 illik yubileyini keçirərkən bu barədə mövqeyimi bildirmişəm və “Dədə Qorqud dünyası” adlı fundamental tədqiqat toplusunda Ulu Öndərin giriş sözündən sonra mənim “Milli varlığımızın mötəbər qaynağı” adlı məqaləm ikinci sırada gəlir. Bununla belə Dədəmiz Qorqud və Bayat elinin Dərbənddəki izləri ilə bağlı öyrənilməyən məsələlər çoxdur və bunlar məni narahat edir.

Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov AZƏRTAC-a açıqlamasında deyib.

Dədə Qorqudun məzarının Dərbənddə olmasına şübhə etmədiyini vurğulayan Yaqub Mahmudov bildirib: “XVII əsrdə səyyahlar Adam Oleari və Övliya Çələbi Dədə Qorqudun məzarının Dərbənddə olduğunu öz yazılarında qeyd ediblər. Adam Oleari bu barədə belə yazıb: “Biz Dərbənddən dörd mil uzaqlaşdıq və üzümlüyün yanında məskunlaşdıq... Burada biz daha iki müsəlman müqəddəsinin qəbirlərini gördük. Bunlardan biri - Pir Muxtarınkı düzdə, digəri - İmam Qorqudunku dağda idi. Onun qəbri dağda sal qayada oyulmuş böyük mağaradan ibarətdir. Qəbir dörd taxta ilə örtülüb. Lap arxada, yerdən iki qulac hündürlükdə deşikdən bu qəbir son dərəcə miskin bir mənzərə yaradır və onu hamı görə bilir. Dünən mən oraya girdim, hər şeyi diqqətlə müşahidə etdim və heç bir bəzək-düzək görmədim. Bir qarı qəbiri mühafizə edirdi. O, axşamlar qəbirin üstündə çıraq tutur... Növbəti gecə düşərgəmizdə bu dəfn yerində, eləcə də qırx müqəddəslərin dəfn olunduğu yerdə əylənən, rəqs edən və hətta ağlayan insanlardan gələn fəryad səslərini eşitdik”.

Övliya Çələbi isə bunları qeyd edib: “Dərbənddə Dədə Qorqud ziyarətgahı: Ulu sultandır. Cümlə Şirvan xalqı bu sultana etiqad edir”.

Ötən əsrin 60-cı illərində bu iki səyyahın araşdırmaları məni dərindən maraqlandırdığı üçün o zamankı yazılarımda Dədə Qorqud və onun bağlı olduğu Bayat elinin Dərbənd tarixi ilə sıx bağlı olduğunu araşdırmaq üçün dəfələrlə bu şəhərə səfər etmişəm. Həm dədəmiz Qorqudun, həm də Bayat elinin Dərbənddə qalan izlərini araşdırmağa cəhd etmişəm. Elmi tədqiqatlarımda da səyyahların Dərbəndlə bağlı məlumatlarına və onların araşdırılmasına geniş yer vermişəm. Bu günlərdə həmkarlarımla - dosent Şahlar Şərifov, tarix üzrə fəlsəfə doktoru Rəşad Mustafa, ərəbşünas tədqiqatçı alim, dosent Gülnur Mahmud ilə birlikdə Dərbəndə səfərimin məqsədi də bu idi”.

“Dərbənd Dövlət Tarix Muzeyi-Qoruğunun direktoru Əli İbrahimov və “Dərbənd şəhərinin ensiklopediyası” kitabının müəllifi Hüseynbala Hüseynovun köməyi ilə həm Adam Olearinin, həm də Övliya Çələbinin qeyd etdikləri İmam Qorqud ziyarətgahının yerini - Dədə Qorqudun dəfn olunduğu qayadakı məzarın yerini ilkin olaraq müəyyənləşdirə bildik. Adam Oleari araşdırmalarında qeyd edir ki, Dədə Qorqud Məhəmməd peyğəmbərlə dost olub. Əlbəttə, son iki yüz il ərzində yaddan çıxarılmış, lakin vaxtilə bütün Dərbənd əhalisinin ən gur ziyarətgah yeri olan İmam Qorqud ziyarətgahı demək olar ki, nə üçünsə unutdurulmuşdur”, - deyə akademik qeyd edib.

Tarixçi alim vurğulayıb ki, Dədə Qorqudun mənsub olduğu Bayat eli qədim Dərbəndin iç qalasında yaşamış ən qədim türk elatlarından biridir: “Məlum oldu ki, iç qalada qədim türklərin 9 məhəlləsi (mahal) olub. Bu məhəllələrdən birində - 3-cü məhəllədə bayat tayfası yaşayıb. Bu məhəllə Bayat məhəlləsi (mahal) adlanır. Bu mahalda Bayat ocağı adlı ziyarətgah, Bayat bulağı mövcud olmuşdur. Bu bulaq indi də qalır. Bu məhəllədən cənuba - Azərbaycana doğru məşhur “Bayat qapısı” açılır. Səfərimiz zamanı məlum oldu ki, Bayat məhəlləsində ayrıca Bayat məscidi, “Bayat qapısı”nın önündə isə Bayat kəndi mövcud olub. Bütün bunlar tariximizdə mühüm rol oynayan bayat tayfasının ilk ocağının Dərbənddə olmasının sübutudur. Dədəmiz Qorqud, dahi Füzuli və bir çox saz-söz ustadlarımız, böyük diplomatlar Hüseynəli bəy Bayat və Oruc bəy Bayat bu tayfaya mənsub olub. Əbəs yerə deyildir ki, bizim xalq ədəbiyyatımızda bu diyar “Dəmirqapı Dərbənd” adlandırılır”.

Akademik bildirib: “Qırxlar qəbiristanlığındakı silindirvari daş qəbirlər, Dərbənddəki Nizami Gəncəvi adına parkda tikinti aparılarkən ortaya çıxan eyni cür qəbirlər düşündürücü materiallardır. Beş günlük səfər zamanı qədim Dərbəndin Bayat ailələri ilə tanışlıq, onların məişəti, əsilzadə şəhər mədəniyyətinə məxsus adət-ənənələri, mətbəxləri, bu şəhərə bağlı olan misilsiz sevgilərini gördük, xüsusilə Prezident İlham Əliyevin Rusiya ilə strateji tərəfdaşlıq siyasətinin dərbəndlilər tərəfindən böyük sevinclə qarşılanmasının şahidi olduq və bu, axtarışlar zamanı bizim ezamiyyətin uğuruna müsbət kömək göstərdi. Buna görə bizə təsirli yardım göstərən bütün dərbəndli soydaşlarımıza, xüsusən də Dərbənd Dövlət Tarix Muzeyi-Qoruğunun direktoru, “Dərbənd - açıq səma altında muzey” kitabının müəllifi Əli İbrahimova dərin minnətdarlığımızı yetirməyi özümüzə borc bilirəm. Əziz Əliyevə Dağıstan xalqları arasında dərin ehtiram hissinin hələ də yaşadılması bizə olduqca xoş təsir bağışladı. Bütün Samur vadisinə etdiyimiz səyahət, Şalbuzdağ ziyarətinə, Mahaçqalaya səfərimiz, dağıstanlı dostlarımızın Azərbaycanın ünvanına göstərdikləri sevgi və qayğı, isti münasibət xatirimizdə dərin iz buraxdı. Bu elmi ezamiyyət eyni zamanda Azərbaycanla qədim və şanlı tarixi dostluq əlaqələri olan Dağıstan xalqlarına bir elmi töhfə vermək arzumdan doğdu. Həm də ürəkdən bağlı olduğum Dərbənd barədə tədqiqatların gələcəyini davamçılarım olan Şahlar Şərifov, Rəşad Mustafa və Gülnur Mahmuda Bayat ocağındaca əmanət etdim. Əslində ezamiyyətimin əsas səbəblərindən biri də elə bu idi”.

Akademik Yaqub Mahmudov ictimaiyyətə Dədə Qorqudla bağlı təkliflərini çatdırıb: “Düşünürəm ki, Dədə Qorqud ziyarətgahında qazıntı işləri aparılmalı və Bayat eli, bu elin tarixi, müasir durumu, adət-ənənələrinin araşdırılması davam etdirilməlidir. Bu araşdırmalara Dərbənd Dövlət Tarix Muzeyi-Qoruğunun əməkdaşları cəlb olunmalıdır. Azərbaycan-Rusiya sərhədində dostluq qalası olan Dərbənddə dünya ədəbiyyatında xüsusi yeri olan qəhrəmanlıq eposunun yaradıcısı Dədə Qorqudun abidəsi ucaldılmalı və bu abidə iki ölkə arasındakı tarixi dostluq əlaqələrinin keşiyini çəkməlidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

ABŞ Suriyanı “Terrorizmin sponsorları” siyahısından çıxarıb

ABŞ rəsmisi: İranla iqtisadi əlaqələri kəsməyən ölkələrə yeni sanksiyalar tətbiq olunacaq

Sabah paytaxtda və bir sıra rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

ABŞ-nin İrana 5 sahədə sanksiyalar tətbiq etdiyi məlum olub – YENİLƏNİB

İsmayıllıda avtomobil aşıb, sürücü ölüb

Prezident İlham Əliyevin sosial media hesablarında Özbəkistana dövlət səfərinə dair videoçarx paylaşılıb VİDEO

Almaniyanın və Norveçin şirkətləri arasında qaz tədarükünə dair müqavilə imzalanıb

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində olacaq

Böyük Britaniyanın Baş naziri Ukraynaya dəstəyin davam edəcəyini açıqlayıb

Dünya okeanlarında temperatur rekord həddə çatıb

ADPU magistratura səviyyəsi üzrə boş qalan yerlərə qəbul elan edir

Avropa çempionatı: Azərbaycanın voleybol millisi Rumıniya komandasını məğlub edib

“Sabah”ın futbolçusu: Möhtəşəm atmosfer gözləyirik VİDEO

“Sabah”ın futbolçusu: Möhtəşəm atmosfer gözləyirik VİDEO

“Sabah”ın baş məşqçisi: Məsələni əlavə vaxta qalmadan həll edə biləcəyik VİDEO

“Sabah”ın baş məşqçisi: Məsələni əlavə vaxta qalmadan həll edə biləcəyik VİDEO

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub VİDEO

Türkiyədə Beynəlxalq Türk Akademiyasının VIII Yay Məktəbi fəaliyyətə başlayıb

Kəlbəcər şəhərinin ilk məzunu tələbə adını qazanıb

Deputat: Özbəkistan Azərbaycanın Mərkəzi Asiyadakı ən böyük ticarət tərəfdaşıdır VİDEO

Deputat: Özbəkistan Azərbaycanın Mərkəzi Asiyadakı ən böyük ticarət tərəfdaşıdır VİDEO

Tarixi köklərə söykənən strateji tərəfdaşlıq: Azərbaycan-Özbəkistan elm və təhsil diplomatiyasının zirvəsi

Ekspert: Azərbaycan ilə Özbəkistan arasında təhsil sahəsində yeni imkanlar yaranacaq VİDEO

Ekspert: Azərbaycan ilə Özbəkistan arasında təhsil sahəsində yeni imkanlar yaranacaq VİDEO

“Könüllülər koalisiyası” Ukraynaya qoşun göndərmək planlarını təsdiq edib

Azərbaycan və Özbəkistan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji körpü yaradır ŞƏRH

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

Dələduzluqda ittiham olunan şəxs Ukraynadan ölkəmizə ekstradisiya ediləcək

Paytaxtda 20-yə yaxın küçə və prospektdə təmir işləri aparılır

Məktəbəhazırlıq qrupları üzrə 59 minə yaxın sorğu yerləşdirilib

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

“Hapoel”in baş məşqçisi: “Sabah"ın heyətində əla futbolçular var VİDEO

“Hapoel”in baş məşqçisi: “Sabah"ın heyətində əla futbolçular var VİDEO

Bakı-Daşkənd xətti regional əməkdaşlığın mühüm istiqamətinə çevrilir RƏY

Birinci sinfə qəbul üçün 121 mindən çox sorğu yaradılıb

İsrail klubunun qapıçısı: “Sabah”la çətin duelə hazırıq VİDEO

İsrail klubunun qapıçısı: “Sabah”la çətin duelə hazırıq VİDEO

Şəhərətrafı qatarların hərəkət cədvəli müvəqqəti yenilənir

Oğurluqda təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya ediləcək

Qarabağ Universiteti ilə Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri müzakirə olunur

Nazir: Azərbaycan-Özbəkistan sənədləri mühüm layihələrin icrası baxımından əhəmiyyət daşıyır

Şuşa şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Bakıda keçiriləcək çimərlik güləşi yarışlarının azərbaycanlı hakimləri müəyyənləşib

“İri Şəhərlərin Su Təchizatı” QSC: Əhali abonentlərinin 79,89 faizi CİS bazasına inteqrasiya olunub

Hakan Kılıç: Azərbaycan Prezidentinin Özbəkistana səfəri Türk dünyası baxımından mühüm hadisədir

Fransada irqçiliyə yol verən hərbçilərlə bağlı araşdırma başlayıb

İxtisas seçiminin nəticələri açıqlanıb: 58 min 947 nəfər ali məktəblərə qəbul olunub YENİLƏNİB

Azərbaycan-özbək ədəbi əlaqələri qarşılıqlı tərcümədən elmi əməkdaşlığa doğru inkişaf edir

Xətai rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində fasilə yaranacaq

Özbəkistan komandasının məşqçisi: Futbol insanları birləşdirir VİDEO

Özbəkistan komandasının məşqçisi: Futbol insanları birləşdirir VİDEO

® “Lombard” kreditinə illik 10 faizədək endirim – ŞƏRTLƏR

Bişkekdə kibertəhlükəsizlik festivalı olacaq

Azərbaycan-Özbəkistan nəqliyyat əlaqələri geniş perspektivə malikdir - ŞƏRH

Politoloq: Cənubi Qafqazla Mərkəzi Asiyanın birləşməsinə şahidlik edirik VİDEO

Politoloq: Cənubi Qafqazla Mərkəzi Asiyanın birləşməsinə şahidlik edirik VİDEO

Mütəxəssis: Xəzər sahillərində şəhərsalma layihələri səviyyə dəyişmələri nəzərə alınmaqla həyata keçirilməlidir

“LaGazetteaz” Prezident İlham Əliyevin Özbəkistan səfərinin mühüm məqamlarını işıqlandırıb

“Bir yay, min xatirə” yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar təşkil olunub

Azərbaycan-Özbəkistan münasibətləri sərgi fəaliyyətində də öz əksini tapır

Çempionlar Liqası: “Sabah” – “Hapoel” matçına 20 minə yaxın bilet satılıb

Gülşən Kəngərli: Azərbaycan ilə Özbəkistan arasında tələbə və elmi əməkdaş mübadiləsi uğurla aparılır

Göyçayda ilan sancan 40 yaşlı kişi xəstəxanaya yerləşdirilib

Özbək professor: Elm və təhsil xalqlarımızı birləşdirən ən dayanıqlı körpülərdən birinə çevriləcək

Rektor: ADMİU ilə Özbəkistanın ali təhsil və incəsənət müəssisələri arasında əlaqələr yeni mərhələdədir

Daxili işlər naziri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək

Biomüxtəlifliyin aktual problemlərinə dair II respublika elmi-praktik konfransı təşkil olunacaq

DSMF Tovuzda ictimai dinləmə təşkil edib

Ekspert: Azərbaycan bankının Özbəkistan bazarına daxil olması milli biznesin bu ölkədə genişlənməsinə paralel atılan addımdır

“ASAN xidmət” və Özbəkistanın Dövlət Xidmətləri mərkəzləri arasında təcrübə mübadiləsi aparılacaq

Özbəkistanlı deputat : Azərbaycanla münasibətlərimiz konkret imkanlar diplomatiyasına keçid edir

Paytaxtın bu ərazisində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Rəcəb Tayyib Ərdoğan: Türkiyə regionda sabitliyi pozmaq cəhdlərinin əleyhinədir

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar VİDEO

Buxara şəhərində “Ark” qalası ilə tanışlıq VİDEO

Azərbaycanın və Özbəkistanın potensialının bir-birini tamamlaması Orta Dəhlizin inkişafında ciddi imkan yaradır Təhlil

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar YENİLƏNİB VİDEO

Qubada III “Ulduz Cup” beynəlxalq futbol turnirinin açılışı olub VİDEO

Qubada III “Ulduz Cup” beynəlxalq futbol turnirinin açılışı olub VİDEO

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində bürünc medal qazanıb

“Yanardağ” qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət edib?

Ekspert: Azərbaycan-Özbəkistan nəqliyyat əməkdaşlığının perspektivi Orta Dəhlizin inkişafı ilə bağlıdır

İmtahan vermədən AzTU-da ikinci təhsil almaq şansı

Zərifə Quliyeva: Əbədiləşən Özbəkistan-Azərbaycan dostluğu iki qardaş xalqın münasibətlərini yeni mərhələyə yüksəldir

Almaniyanın ikinci milyarderi Klaus-Mixael Kühne vəfat edib

Allergenlərin qida məhsullarının etiketində göstərilməsinə dair yeni tələblər müəyyənləşdirilib

ATMU tələbələri Özbəkistanda keçirilən beynəlxalq yay məktəbində iştirak ediblər

Türkiyəli yazıçı: Azərbaycan türkləri Çanaqqala müharibəsini özlərindən ayrı görmədilər

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 6 nəfər saxlanılıb VİDEO

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 6 nəfər saxlanılıb VİDEO

Endi Börnhem yeni evlənən cütlüyə sürpriz edib

Peşəkar təcrübəsi və müasir tibbi yanaşmalara verdiyi önəmlə seçilən həkim

Siyasi şərhçi: “Əbədi dostluq” iki qardaş ölkənin gələcəyə birlikdə baxmaq iradəsinin ifadəsidir

Azərbaycan və Latviya əmək bazarı və məşğulluq sahəsində təcrübə mübadiləsi aparır

Tanınmış futbolçu Fabinyo “Trabzonspor”a keçib

Azərbaycan və Özbəkistan Türk dünyasının birliyinin möhkəmlənməsində mühüm rol oynayır - ŞƏRH

Ötən həftə zərərsizləşdirilən minaların sayı açıqlanıb

Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarına yeni baş məşqçilər təyin olunub

HTP qalibi: Çində əldə edəcəyim bilikləri Azərbaycanın neft-qaz sənayesinə tətbiq etmək istəyirəm

Arif Əsədov: “Neftçi” düzgün yoldadır

Cənubi Qafqazın 8 min illik tarixi - Göytəpədə arxeoloji tədqiqatlar davam etdirilir VİDEO

Cənubi Qafqazın 8 min illik tarixi - Göytəpədə arxeoloji tədqiqatlar davam etdirilir VİDEO

® Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı oldu!

M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin sentyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Naxçıvanda 26 yaşayış məntəqəsi üzrə 420 kilometr avtomobil yolu əsaslı təmir olunacaq – Açıqlama VİDEO

Naxçıvanda 26 yaşayış məntəqəsi üzrə 420 kilometr avtomobil yolu əsaslı təmir olunacaq – Açıqlama VİDEO

Aygün Süleymanova: Azərbaycan–Özbəkistan teatr əlaqələri dərin tarixi köklərə malikdir

“Euronews” Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərindən yazıb

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm geoiqtisadi körpü yaradır RƏY