Yardımlının Porsova kəndində həkim məntəqəsinin yeni binası istifadəyə verilib
Yardımlı, 30 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Oktyabrın 30-da Yardımlı rayonunun Porsova kəndində həkim məntəqəsinin yeni binası istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən əsrin 40-cı illərində uyğunlaşdırılmış binada fəaliyyət göstərən həkim məntəqəsində lazımi şərait olmadığından kənd icmasının təşəbbüsü və Yaponiya hökumətinin ölkəmizdə həyata keçirdiyi “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində səhiyyə müəssisəsi üçün yeni bina inşa edilib.
Tibb ocağının yeni binasında kənd sakinlərinə yüksək səviyyədə səhiyyə xidməti göstərmək üçün lazımi şərait yaradılıb.
Bu münasibətlə keçirilən açılış mərasimində çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik ediblər.
Mərasimdə çıxış edənlər ölkəmizdə yerli əhəmiyyətli sosial layihələrin həyata keçirilməsinə göstərilən dəstəyə görə Yaponiya hökumətinə minnətdarlıqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.02.2026 [12:47]
Bakı–Şamaxı–Yevlax yolunda son vəziyyət necədir? VİDEO
- 12.02.2026 [12:20]
Dağların qoynunda təbiət incisi - Kükü kəndi VİDEO
- 12.02.2026 [10:12]
Cəlilabadda üzərinə ağac aşan sakin xilas edilib VİDEO
- 12.02.2026 [09:39]
Qusar sakini tüstüdən boğularaq ölüb
- 12.02.2026 [02:58]
Şərurda qəza baş verib, 2 nəfər xəsarət alıb
- 11.02.2026 [19:19]