YATAQXANA TİKİLİR
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Peşə Təhsili Mərkəzində zavodda yaradılmış komissiya tərəfindən müsabiqə yolu ilə qəbul edilmiş 64 şagird, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evlərindən götürülmüş 4 şagird təhsil alır. Şagirdlər burada elektrik-qaz qaynaqçısı, elektrik montyoru, nəzarət-ölçü cihazları və avtomatika, texnoloji qurğu operatorları, çilingər və kompressor maşinisti ixtisaslarına yiyələnirlər. İxtisas kabinetləri müasir avadanlıqla təchiz olunmuşdur. Peşə Təhsili Mərkəzində dərslər Azərbaycan Dövlət Neft Akademiyasının müəllim-professor heyəti tərəfindən aparılır. Eyni zamanda, zavodun yüksək ixtisaslı mütəxəssisləri tərəfindən burada həm təlim, həm də tədris prosesləri həyata keçirilir. Şagirdlər məktəbdə 10 ay təhsil alırlar. Təhsillərini başa vurub sertifikat alanlar zavodda müvafiq ixtisaslar üzrə işlə təmin olunacaqlar.
Peşə Təhsili Mərkəzi üçün 117 otaqdan ibarət 14 mərtəbəli yataqxana binası da tikilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]