YAXIN 3 GÜNDƏ HAVANIN TEMPERATURU 42 DƏRƏCƏYƏDƏK YÜKSƏLƏCƏKDİR
İyulun 11-də hava şəraitinin günəşli olacağı, şimal küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 25-28 dərəcə, gündüz 37-39, bəzi yerlərdə 41 dərəcə isti olacaqdır.
İyulun 12-də hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 25-28 dərəcə, gündüz 35-38 dərəcə isti olacaqdır.
Azərbaycanın rayonlarında iyulun 10-da hava şəraitinin yağmursuz keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 34-40, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 15-20 dərəcə, gündüz 29-34 dərəcə təşkil edəcəkdir.
İyulun 11-12-də hava şəraitinin yağmursuz keçəcəyi, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 23-28 dərəcə, gündüz 36-40 dərəcə, dağlarda gecə 15-20 dərəcə, gündüz 28-23 dərəcə isti təşkil edəcəkdir.
İyulun 9-12-də hava şəraitinin isti keçəcəyi, havanın maksimal temperaturunun aran rayonlarında və Naxçıvan MR-də 36-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə, dağlıq rayonlarda 29-34 dərəcə, Abşeron yarımadasında 35-38 dərəcə, bəzi yerlərdə 41 dərəcə olacağı gözlənilir.