Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaxın vaxtlarda Astara çayı üzərində körpünün tikintisinə başlanılacaq

Yaxın vaxtlarda Astara çayı üzərində körpünün tikintisinə başlanılacaq

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun AZƏRTAC-a eksklüziv müsahibəsi

Bakı, 18 fevral, Elvin Camalov, AZƏRTAC

- Yanvarın 15-də Azərbaycan özünün logistika tarixində daha bir uğura imza atıb. Ukrayna yük daşınmasında Azərbaycandan keçən Transxəzər beynəlxalq nəqlıyyat dəhlizini seçib. Bu istiqamətdə tariflərin aşağı salınması ilə bağlı Ukraynanın rəsmi müraciətinə Azərbaycanın münasibəti necədir?

- Biz tranzit yüklərin daşınmasını həyata keçiririk. Ukraynadan gələn ilk sınaq konteyner qatarını Qazaxıstana yola aldıq,

oradan da qatar gedib Çinə çatdı. Ukraynadan çıxan növbəti qatar isə Mərkəzi Asiya istiqamətində hərəkət etdi. Biz Ukraynadan gələn yüklərin hər iki istiqamətdə aparılmasına hazırıq. Ukrayna tərəfi ilə 30 min ton yükün daşınacağına dair müqaviləmiz var. Bu yüklərin daşınmasına mart ayından başlanılacaq. Tariflərlə bağlı razılığa gəldikdə isə bu məsələyə fevral ayında keçiriləcək görüşdə baxılacaq. Qərar qəbul etdikdən sonra mart ayında biznes rejimdə yüklərin daşınmasına başlanılacaq. O vaxta kimi növbəti qatarın gəlməsi isə gözlənilmir.

- Bakı-Tbilisi-Qars dəmir yolunda görülən işlər nə yerdədir? İşlər nə vaxt başa çatacaq?

-“Azərbaycan Dəmir Yolları” QSC olaraq 2016-cı ildə qatarları sərhədə qədər aparmağı təmin edəcəyik. Bu istiqamətdə 80 faiz iş görülüb, qalan 20 faiz iş isə hava şəraitindən asılı olaraq davam edir. Stansiyalarda, rabitə-siqnalizasiya sahəsində görüləcək müəyyən işlər qalıb. Bu işlər ilin axırına kimi tamamlanmalıdır. İlin axırında artıq biz öz qatarlarımızı sərhədə qədər apara biləcəyik.

Onu da qeyd edim ki, Bakı-Tbilisi-Qars marşrutunda istifadə etmək üçün “Stadler Rail Group” şirkətindən 30 sərnişin vaqonunun alınması gözlənilir. Artıq dəmir yolu rəhbərliyi bununla bağlı sifariş verib və ötən ilin sentyabr ayından “Stadler Minsk” zavodunda vaqonların istehsalına başlanılıb. Bunlardan ilk 10 ədədi 2016-cı ilin iyun-avqust aylarında Bakıya gətiriləcək. Digər vaqonların da 2016-cı il ərzində Bakıya gətirilməsi gözlənilir. Vaqonlar 4 kateqoriyadan ibarətdir: standart, komfort, biznes və restoran. Həmin kateqoriyalardan asılı olaraq vaqonlarda 10, 20, 32 nəfərlik yer olacaq.

- Bakı-Böyük Kəsik istiqamətində dəmir yolunun elektrikləşdirilməsi istiqamətində işlər gedir. Hazırda işlər hansı mərhələdədir? Burada dartı yarımstansiyaları üzrə gedən işlər nə zaman başa çatacaq?

-Qeyd edim ki, keçmiş SSRİ məkanında ilk dəfə dəmir yolu xəttinin elektrikləşdirilməsi Azərbaycanda həyata keçirilib. Hazırda Bakı-Böyük-Kəsik istiqamətində rabitə-siqnalizasiya və elektrik təchizatının yenilənməsi prosesi gedir. Elektrik təchizatı sisteminin 25 kilovoltluq dəyişən cərəyanlı dartı sisteminə keçirilməsi istiqamətində işlər 4 sahə üzrə mərhələlərlə davam edir. Hazırda Bakı-Böyük Kəsik-Gəncə sahəsində işlər tamamlanmaq üzrədir. Bu sahələr üzrə artıq Böyük Kəsik, Ağstafa, Düyərli, Alabaşlı, Goran, Ləki, Müsüslü, Sığırlı, Hacıqabul, Ələt, Lökbatan və Keşlə stansiyalarında ümumilikdə 12 yeni dartı yarımstansiyası tikilib. Təmir olunmuş mənzil və stansiyalarda həm işarəvermə, həm də optik lifli rabitə kabelləri qoyulub və basdırılıb, stansiyalarda çöl avadanlıqları, işıqforlar, datçiklərin quraşdırılması, montajı başa çatıb. Gəncə stansiyasından başqa bütün stansiyalarda avadanlıqlarda test yoxlamaları yekunlaşdırılıb. Layihəyə əsasən işarəvermə-mərkəzləşmə-bloklama qurğularının hamısı quraşdırılıb. Böyük Kəsik-Gəncə sahəsində əlavə 7 ədəd KTSM (hərəkət tərkibində qızmış buksları aşkar edən qurğu) postu tikilib və avadanlıqlar yerləşdirilib. Həmçinin, bu istiqamətdə 27 qorunan keçid məntəqəsi inşa olunub, keçidlərdə çöl avadanlıqları quraşdırılıb. Rabitə sahəsi üzrə FOK-48 tipli kabel basdırılıb.

Eyni zamanda kontakt şəbəkəsində dayaqların quraşdırılması, kontakt naqillərin çəkilməsi davam edir. Dartı yarımstansiyaları üzrə işlər 2016-cı ilin sonunda başa çatacaq. Bir pultdan idarəetmə sistemi olacaq, dispetçer bununla qatarların hərəkət sisteminə nəzarət edəcək, birbaşa maşinistlə əlaqə saxlaya biləcək, qatarlarda baş verən nasazlıqla bağlı ona məlumat daxil olacaq. Dünyada da bu praktika var və biz sərnişinlərin, qatarların daha təhlükəsiz şəraitdə mənzil başına çatması üçün bu istiqamətdə işlər aparırıq.

- “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi ilə bağlı Moskvada keçirilən görüşdə müəyyən razılıqlar əldə olunub. Bu yolla daşınmalar nə vaxt həyata keçiriləcək?

- Azərbaycanın önəm verdiyi digər beynəlxalq nəqliyyat layihələrindən biri də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat

Dəhlizidir. Moskvada baş tutan görüşdə tərəflər yükdaşıma marşrutlarında müvafiq dərəcələrin müəyyən edilməsi üzrə razılığa gəliblər. Logistik operatorların komissiya məbləği əlavə müqavilə ilə tənzimlənəcək. “Azərbaycan Dəmir Yolları” QSC vaqon arabacıqlarının Azərbaycan Respublikası ərazisindən (Yalama-Astara) daşınması üzrə dərəcələrin müəyyən edilməsi məsuliyyətini öz üzərinə götürüb. “ADY Ekspress” MMC Azərbaycan Respublikası (Astara)-İran İslam Respublikası (Astara-İsfahan) marşrutu üzrə rəqabətə davamlı dərəcələrin müəyyən edilməsi məsuliyyətini öz üzərinə götürüb. Burada əsas yüklərin daşınmasında yükləmə-boşaltma işləri nəzərə alınmalı və fevralın 20-nə kimi “RDY Logistika” SC-nə məlumat verilməlidir. “Azərbaycan Dəmir Yolları” QSC “Beynəlxalq istiqamətdə MDB dövlətlərinin dəmir yollarının tarif siyasəti”nin müvafiq bəndinə uyğun olaraq Yalama-Astara-Yalama marşrutu üzrə neft yüklərinin, yüklü və boş refrijerator konteynerlərinin daşınması üzrə dərəcələrin müəyyən edilməsinə hazır olduğunu bildirib. Bütün dərəcələr 2016-cı ilin sonunadək qüvvədədir. Qeyd edim ki, tərəflər arasında növbəti görüş 2016-cı ilin mart ayında Bakı şəhərində keçirilməsi üzrə razılıq əldə olunub.

Xatırladım ki, Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il dekabrın 7-də “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalayıb. Bizim öhdəliyimizə düşən 8,3 kilometr yol, Astara çayı üzərində körpü, İran tərəfində isə 1,7 kilometr yol və yük terminalının tikilməsidir. İran tərəfi ilə bu məsələlərlə bağlı tez-tez görüşlərimiz olur. Körpünün layihələndirilməsini bizim razılığımız ilə İran tərəfi həyata keçirir. Artıq yaxın vaxtlarda tikintiyə başlamaq üçün hazırlıq işləri görülür.

- Bakı sərnişin dəmir yolu vağzalı əsaslı təmir olunur. Yeni vağzal sərnişinləri hansı yeniliklərlə qarşılayacaq?

- Xatırladım ki, ötən ilin mart ayında Bakının giriş qapısı sayılan Bakı sərnişin dəmir yolu vağzalında müasir dövrün tələblərinə cavab verməsi üçün yenidənqurma işlərinə start verilib. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərti ilə yenidən qurulur. Hazırda vağzal binasının fasadının üzlənməsi həyata keçirilir. Əsaslı təmir işləri 2016-cı ilin ikinci yarısında başa çatacaq. Vağzalda bilet kassaları, saxlama kameraları, ana və uşaq otağı, kafelər, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunur, eskalatorlar və liftlər yenisi ilə əvəzlənir. Sərnişinlər Wi-Fi sistemindən istifadə edə biləcəklər. Vağzalda suvenirlər, güllər satılacaq. Bir sözlə vağzala daxil olduqda əsl qarşılanma və yolasalma - vağzal aurası olacaq. Qeyd edim ki, hazırda platformalarda da işlər gedir. İşlər yekunlaşdıqdan sonra sərnişinlər elektrik qatarlarından düşüb birbaşa “28 May” metro stansiyasına çıxış əldə edə biləcəklər.

- Ötən il bir sıra ölkələrlə müqavilələr imzalanıb və yük vaqonlarının alınması ilə bağlı razılıq əldə olunub. Atılan addımların nəticəsi olaraq ölkəyə neçə yük vaqonu gətirilib və neçəsi gətiriləcək?

- Azərbaycan Dəmir yollarının vaqon parkının yenilənməsi istiqamətində 2015-ci ilin mart ayında “Azərbaycan Dəmir

Yolları” QSC-nin sədri Cavid Qurbanov Rusiya Federasiyasının F.Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasının baş direktoru Oleq Sienko ilə görüşüb. Görüşdə “Uralvaqonzavod”dan 3100 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanıb. Bu günə kimi 3030 yük vaqonu gətirilib. Bunlar qapalı, iritonnajlı konteyner daşıyan platforma, yarımvaqon, çən, taxıldaşıyan, xopper vaqonlarıdır. Qalan 70 vaqon isə bu yaxınlarda ölkəmizə gətiriləcək. Vaqonların bir hissəsi artıq dövriyyəyə buraxılıb. Bu yük vaqonları Bakı-Tbilisi-Qars dəmir yolu və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi işə düşəndə yüklərin Azərbaycan ərazisindən daha təhlükəsiz daşınması üçün istifadə olunacaq.

Bundan əlavə, biz lokomotivlərin də alınması istiqamətində işlər aparmışıq. Qazaxıstandan 10 teplovozun alınması barədə

razılıq əldə edilib və bunlardan 7 ədədi artıq Bakıdadır, 3 ədədi isə yaxın vaxtlarda gətiriləcək.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək