Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yay məktəbi uşaqların intellektual və fiziki inkişafı üçün yeni bir imkandır

Yay məktəbi uşaqların intellektual və fiziki inkişafı üçün yeni bir imkandır

Bakı, 11 iyun, AZƏRTAC

Tədris ilinin yekunlaşması və yay tətilinin başlanması ilə valideynlər övladlarının bu dönəmi daha aktiv və səmərəli keçirmələri üçün yollar axtarırlar. Onlar övladlarının dincəlməklə yanaşı, həmçinin bilik və bacarıqlarını inkişaf etdirməsi, sosial fəaliyyətlərə cəlb olunması, fərqli hobbilərlə məşğul olmasında maraqlıdırlar. Yay məktəbi bütün bunların bir arada cəmləşdiyi, əylənərək öyrənmək mühitinin təqdim olunduğu, eləcə də uşaqların intellektual və fiziki inkişafı üçün yeni bir imkandır.

Bu barədə AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib. O, xüsusilə qeyd edib ki, yay məktəbi tədris ilinin uzadılması anlamına gəlməməlidir. Məlum olduğu kimi, koronavirus (COVID-19) pandemiyası və 2020-ci ilin payız aylarındakı hərbi vəziyyətlə bağlı tədris prosesində fasilələr yarandı. Bu fasilələrin fəsadlarının aradan qaldırılması (fəsadlar deyərkən, yalnız tədris mövzularındakı fəsadlar deyil, emosional durum da nəzərə alınmalıdır), 2020-2021-ci tədris ilinin əhəmiyyətli hissəsinin distant (məsafədən) formada təşkili nəzərə alınaraq iyunun 16-dan 30-dək ümumi təhsil müəssisələrində yay məktəbinin təşkilinə qərar verilib. Ödənişsiz və könüllülük əsasında təşkil olunan yay məktəbində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilib. Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin I-X sinif şagirdlərinin iştirak etdiyi yay məktəbində I-IV siniflərdə tədris həftədə 5 dəfə gündə 3 saat, V-X siniflərdə isə həftədə 5 dəfə gündə 3-4 saat olmaqla təşkil olunması nəzərdə tutulur.

Etiraf edək ki, ilboyu gərgin tədris prosesi yaşadıq. Hər nə qədər vəziyyətdən çıxış yolları axtararaq ən optimal variantlarla təhsilalanlara zəruri bilik və bacarıqların verilməsinə çalışdıqsa da, şagirdlər öyrəşdikləri ənənəvi təhsildən uzaq düşməyin psixoloji narahatlığını yaşadılar. Bu səbəbdən hər bir şagirdin istirahət etmək və asudə vaxtını səmərəli şəkildə keçirmək hüququ var. “Təhsil haqqında” qanunda da bu öz əksini tapıb. Qanunda göstərildiyi kimi, şagirdlərin asudə vaxtının dəyərləndirilməsi və ondan səmərəli istifadəsi üçün dərs olmayan zamanda məktəbdənkənar müəssisələrdə müəyyən tədbirlər və əlavə dərslər təşkil edilə bilər. Bu baxımdan yay məktəbi övladını ödənişli yay düşərgələrinə göndərə bilməyən valideynlər üçün Təhsil Nazirliyi tərəfindən yaradılmış bir imkan kimi də qəbul oluna bilər.

Məlumdur ki, “yay məktəbi şagirdlərdə ünsiyyət bacarıqlarını inkişaf etdirən, onların təhsil prosesindən kənarda qalmaması, tədris ili müddətində öyrəndikləri materialları daha dərindən mənimsəməsi, istehsalat və peşə fəaliyyəti ilə yaxından tanış olması üçün şərait yaradır. Dünya təcrübəsində də yay məktəbləri əylənərək öyrənmək, təhsil bacarıqlarının inkişafı baxımından önəmlidir.

Qardaş Türkiyədə yay məktəbləri ali təhsil müəssisələri tərəfindən 9-11-ci sinif şagirdləri üçün təşkil edilir. Bu, yuxarı sinif şagirdlərinin universitet həyatı ilə bağlı təcrübə qazanmalarına müsbət təsir göstərir. Şagirdlər təbiət, mühəndislik, sosial elmlər, idarəetmə və digər istiqamətlərdə dərslərə cəlb olunurlar ki, bu da onların gələcəkdə karyera seçimlərinə yardım etmiş olur. Qazaxıstanda akademik göstəriciləri aşağı olan şagirdlərin biliklərini bərpa etmək üçün müəyyən tədbirlər həyata keçirilir. Bu ölkədə yay məktəbinin davamı olaraq şagirdlərin əlavə təhsil alması üçün rəqabət əsasında özəl təşkilatlara sifarişlər göndərilir. Rusiyada yay məktəbində şagirdlərə Python dərsləri də keçirilir. Bu, bütün dünyada məşhur olan proqramlaşdırma dilidir. Bu dərslər, təbii ki, təhsilalanları peşəkar bir Python proqramçısı etmir, lakin onlar proqramlaşdırma, təcrübə və yaradıcılıqdan zövq alaraq sadə proqramları oxumağı və yazmağı öyrənirlər.

Dünya ölkələrinin təcrübəsi də göstərir ki, yay məktəbləri uşaqların inkişafına, dünyagörüşünün, intellektlərinin, ünsiyyət bacarıqlarının artırılmasına, sosiallaşmasına, özgüvən duyğusunun formalaşmasına və yeni dərs ilinə daha həvəslə başlamalarına xidmət edir. Bir sözlə, yay məktəbi şagirdlərin tədris prosesində öyrəndikləri nəzəri məlumatların praktiki olaraq həyata keçirilməsi, eyni zamanda, yay tətili dövründə dərsdənkənar təhsil imkanları və əyləncə saatları yaratmaqla intellektual və fəal gənclərin formalaşdırılması məqsədlərinə xidmət edir.

“Təhsil Nazirliyinin 16 iyundan başlayaraq 2 həftə ərzində təşkil edəcəyi yay məktəbinin bəzi detallarına diqqət çəkmək istərdim. Əvvəla qeyd edim ki, fəaliyyət cədvəlinə uyğun olaraq hər günün ayrıca proqramı var. Cədvəl elə tərtib olunub ki, şagirdlərin fiziki və zehni inkişafının balanslaşmasına imkan yaransın. Yay məktəbində məşğələlər tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə aparılacaq. Fənlərə ayrılmış saatlarda il ərzində keçilmiş bölmə və bəhslərin ümumiləşdirilməsi aparılır, zəruri bilik və bacarıqlar möhkəmləndirilir, mürəkkəb mövzular təkrar edilir. Məşğələlərdə kompleks mövzularla bağlı tapşırıqlar işlənilir, şagirdlərin oxuyub-anlama, dinləyib-anlama, danışıq və yazı fəaliyyətlərinə xüsusi yer verilir. Oyun əsaslı öyrənmə, sosial-emosional inkişafa dəstək diqqətdə saxlanılır, acıq havada dərslər keçirilir. Ekskursiyalar, muzey dərsləri və onlar əsasında fənlərarası inteqrasiyanı təmin edən fəaliyyətlər nəzərdə tutulur. Şagirdlərin birgə öyrənmə fəaliyyətlərinə cəlb edilməsinə xüsusi yer verilir. “Rəqəmsal bacarıqlar” və STEAM layihələri tətbiq olunan ümumi təhsil məktəblərində qeyd olunan fənlərdən əlavə həftədə iki dəfədən az olmamaq şərtilə müvafiq sahələr üzrə ustad dərsləri təşkil olunur. Statistik təhlillər aparmaq, esse yazmaq, xarici dildə reklam hazırlamaq və digər bu kimi fəaliyyətlərin tətbiq olunduğu yay məktəbi şagirdlərin bacarıqlarının inkişafı baxımından olduqca faydalı olacaq.

Gördüyünüz kimi, yay məktəbi əlavə dərslərlə şagirdin məktəbdə öyrəndiyi bilikləri möhkəmləndirməyə və yeni biliklər əldə etməsinə kömək edəcək. Əvvəldə də qeyd etdiyim kimi, uzunmüddətli pandemiya şəraitindən dolayı yaranan fasilələrin fəsadlarının aradan qaldırılması baxımından da yay məktəbi təşəbbüsü olduqca zəruri bir addımdır, eyni zamanda, bir fürsətdir.

Əminəm ki, pandemiya səbəbindən övladlarının bilik və bacarıqlarında yaranan boşluqların qismən aradan qaldırılması baxımından valideynlər bu fürsəti dəyərləndirmiş olacaqlar. Bu, ibtidai sinif şagirdləri, xüsusilə I siniflər üçün daha faydalı olacaq. Çünki pandemiya ilə əlaqədar məsafədən təhsil, onlayn rejimdə müəyyən fənlərin tədrisinin mümkünsüzlüyü, ibtidai siniflərdə şagirdlərə oxuma və yazma vərdişlərinin daha mükəmməl şəkildə formalaşdırılması mümkün deyildi. Bu baxımdan şagirdlərin əlavə tədrisə cəlb edilməsinə ehtiyac var idi və Təhsil Nazirliyinin yay məktəbinin təşkili ilə bağlı təşəbbüsü çox təqdirəlayiqdir.

Sonda bütün təhsilalanlara, o cümlədən müəllimlərimizə yay məktəbində uğurlar, qarşıdakı yay tətilində isə səmərəli istirahət arzu edirəm”, - deyə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb