Yay mövsümü ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi çimərlik ərazilərinə təşkil edilib
Bakı, 22 iyun, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyi (BNA) yay mövsümündə şəhər sakinlərinin bağlara və çimərliklərə gediş-gəlişinin təmin edilməsi məqsədilə bəzi marşrutların hərəkət sxemini çimərlik ərazilərinə təşkil edib.
BNA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin müvafiq sərəncamı ilə 101, 107, 171, 179 və 180 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri iyunun15-dən aşağıda qeyd olunan çimərlik ərazilərinə təşkil edilib:
101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinədək;
107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinədək;
171 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Sea Breeze” istirahət mərkəzinədək;
179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinədək;
180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinədək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]