“YEDDİ GÖZƏL” “ƏN DADLI ÇAXIR” FESTİVALININ QALİBİ OLMUŞDUR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, hər il olduğu kimi, bu il də Bolqarıstanda ənənəvi “Ən dadlı çaxır” festivalı keçirilmişdir. Bolqarıstanın Amerika Universitetində təhsil alan və “Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyəti”nin fəal üzvləri olan azərbaycanlı tələbələr festivala Gəncə şərab-2 zavodunun istehsal etdiyi “Yeddi Gözəl” şərabını təqdim etmişlər. Öz dadı və keyfiyyətinə görə Azərbaycan şərabı münsiflər heyətinin yekdil qərarı ilə “Ən dadlı çaxır” adına layiq görülmüşdür.