Yeganə fəaliyyəti ictimai iaşə olan şəxslər üçün sadələşdirilmiş vergi necə hesablanır?
Bakı, 4 noyabr, AZƏRTAC
Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatdan çox olan və yeganə fəaliyyəti ictimai iaşə olan şəxslər sadələşdirilmiş vergiödəyicisi olmaq hüququndan istifadə etmək üçün “İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergiödəyicisi olmaq hüququndan istifadə etməsi haqqında məlumat forması” ilə vergi orqanına müraciət edə bilərlər.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu halda yeganə fəaliyyəti ictimai iaşə olan şəxslər sözügedən fəaliyyət üzrə sadələşdirilmiş vergini 8 faiz dərəcə ilə hesablayırlar.
Şərtlərə cavab verməyən (fəaliyyəti yalnız ictimai iaşə olmayan) və müvafiq məlumat formasını təqdim etməyən vergiödəyiciləri isə ƏDV qeydiyyatına durmaq öhdəliyi yarandığı dövrdən etibarən müvafiq ərizə ilə vergi orqanına müraciət edərək ƏDV ödəyicisi kimi ƏDV bəyannaməsini təqdim etməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]