Yəmən ABŞ-ın hərbi gəmilərinə zərbələr endirib
Bakı, 21 aprel, AZƏRTAC
Yəmən ordusu ABŞ-ın “Harry Truman” və “Carl Vinson” aviadaşıyıcılarına, həmçinin onları müşayiət edən digər hərbi gəmilərə hücum edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi Yəhya Saria məlumat verib.
“Yəmən ordusu Qırmızı dənizin şimalında “Harry Truman” aviadaşıyıcısına və onunla əlaqəli digər gəmilərə ikiqanadlı raket və iki PUA ilə hücum edib. Ərəb dənizindəki “Carl Vinson” aviadaşıyıcısına və qruplaşmada olan digər gəmilərə qarşı həyata keçirilən ikinci əməliyyat zamanı isə üç qanadlı raketdən və dörd PUA-dan istifadə olunub”, - deyə Yəhya Saria Al Masirah telekanalının efirində bildirib.
Xatırladaq ki, 2023-cü ildə İsrailin Qəzza sektoruna hücumuna cavab olaraq Yəmən yəhudi dövlətinin ərazilərini ballistik raket və PUA ilə atəşə tutur, həmçinin İsrailə gedən gəmilərin Qırmızı dəniz və Bab-əl-Məndəb boğazından keçməsinə mane olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [12:53]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]