Yəmənli fəal Karmanın vəqfi Türkiyədə zəlzələdən zərər çəkən insanlar üçün 50 ev tikəcək
Bakı, 13 fevral, AZƏRTAC
Nobel mükafatı laureatı yəmənli fəal Təvəkkül Karman rəhbəri olduğu vəqfin (Tawakkol Karman Foundation) Kahramanmaraşda zəlzələdən zərər çəkən insanlar üçün 50 ev tikəcəyini bildirib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Yəmənin “Belqees” telekanalına müsahibə verən Karman tikiləcək evlərin yəmənlilərin Türkiyədəki qardaşları ilə həmrəyliyinin göstəricisi olduğunu deyib. O bildirib ki, evlər AFAD vasitəsilə tikiləcək.
“Bu, çətin günlərdə və hələ də Yəmənin yanında olan Türkiyəyə sədaqətimizin ifadəsidir”, - deyən Karman həmrəylik əlaməti olaraq tikiləcək evlərdə vəqfin gerbini yerləşdirmək istədiklərini söyləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [15:48]