Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni Azərbaycan Partiyası Sədrinin müavini Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Bakı, 6 oktyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin qardaş Türkiyə Respublikasına səfəri davam edir.

Partiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində oktyabrın 6-da Ankarada YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri, İstanbul millət vəkili Numan Kurtulmuş arasında görüş keçirilib.

YAP nümayəndə heyətini ölkəsində salamlamaqdan məmnunluğunu ifadə edən Numan Kurtulmuş Azərbaycan-Türkiyə münasibətlərinin bənzərsiz dostluq və qardaşlıq örnəyi kimi istər ikitərəfli münasibətlərin inkişafı, istərsə də regional əməkdaşlıq və təhlükəsizlik kontekstində xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Parlament sədri Azərbaycan ilə Türkiyənin bir-birinin milli maraqları və dövlətçilik mənafelərini beynəlxalq arenada layiqincə müdafiə etdiklərini vurğulayıb. “Bu gün qürur hissi və minnətdarlıqla qeyd edirik ki, Azərbaycan növbəti yüzillikdə yeni hədəflərinə əmin addımlarla irəliləyən Türkiyəyə qardaş dəstəyini göstərir. Türkiyə də öz növbəsində, Azərbaycanın yanında olduğunu, xüsusilə də onun haqlı və ədalətli mövqeyini dəstəklədiyini qətiyyətlə ifadə edir”, - deyən N.Kurtulmuş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin bütövlükdə Türk dünyası üçün müstəsna əhəmiyyətə malik olduğunu bildirib.

TBMM-in sədri iki ölkə arasında parlamentlərarası əməkdaşlığın önəmindən də söz açıb. O, qardaş ölkələrin qanunverici orqanlarında Azərbaycan-Türkiyə dostluq qruplarının fəaliyyətinin, eyni zamanda, qarşılıqlı səfərlərin münasibətlərin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb. O bu kontekstdə qarşılıqlı fikir mübadiləsinin aparılmasının və əməkdaşlığın dərinləşdirilməsinə xidmət edən addımların atılmasının ortaq hədəflərin gerçəkləşdirilməsinə zəmin yaratdığını bildirib.

Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinə göstərilən yüksək diqqətə görə minnətdarlığını ifadə edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov TBMM-in sədri seçilməsi münasibətilə Numan Kurtulmuşa bir daha təbriklərini çatdırıb və ona fəaliyyətində uğurlar arzulayıb. YAP Sədrinin müavini Azərbaycan ilə Türkiyənin “Bir millət, iki dövlət” şüarı əsasında ortaq dəyərlərə, milli maraqlara və ümumi hədəflərə uyğun uğurla fəaliyyət göstərərək strateji müttəfiqlik münasibətlərini dərinləşdirdiklərini diqqətə çatdırıb. O qeyd edib ki, bu gün Türkiyə-Azərbaycan münasibətləri ilk növbədə hər iki ölkənin liderləri - cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğanın iradəsi və səyləri sayəsində inkişaf edir: “Biz unikal dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətləri qurmağa müvəffəq olmuşuq. Bütün sahələrdə çoxşaxəli əlaqələrin genişləndirilməsi, işbirliyinin daha da gücləndirilməsi üçün ardıcıl, məqsədyönlü addımlar atılır. Xüsusilə də 2021-ci il 15 iyun tarixində imzalanmış Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin uğurla icra olunması həm Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin inkişafı, həm də regionda dayanıqlı sülh, davamlı sabitlik və təhlükəsizlik, etibarlı əməkdaşlıq mühitinin formalaşdırılması baxımından böyük əhəmiyyətə malikdir”.

Tahir Budaqov 44 günlük Vətən müharibəsinin Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərinin sarsılmazlığını bir daha sübut etdiyini xüsusi olaraq diqqətə çatdırıb. YAP Sədrinin müavini ikili standartlara, qərəzli və qeyri-obyektiv münasibətə baxmayaraq, Prezident İlham Əliyevin prinsipial mövqeyi nəticəsində Azərbaycanın haqq işini qələbə ilə yekunlaşdırdığını, əzəli və əbədi torpağı olan Qarabağda lokal antiterror tədbirləri həyata keçirərək suverenliyini tam bərpa edən ölkəmizin haqlı və ədalətli mövqeyinin qardaş Türkiyə tərəfindən qətiyyətlə müdafiə olunmasının böyük mənəvi-siyasi önəm daşıdığını bildirib. Tahir Budaqov postmüharibə dövründə ölkələrimizin təşəbbüslərinin inkişafa xidmət göstərdiyini, Türkiyə şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizin bərpasında yaxından iştirak etməsinin daha bir qardaşlıq və dostluq nümunəsi kimi təqdirəlayiq olduğunu nəzərə çatdırıb.

YAP Mərkəzi Aparatının rəhbəri Azərbaycan-Türkiyə əməkdaşlığının genişləndirilməsində həm parlamentlər, həm də hakim partiyalar arasındakı səmərəli əlaqələrin mühüm rol oynadığını bildirib. Siyasi partiyaların dövlətlərarası münasibətlərin inkişafında önəmli yerə malik olduğunu söyləyən Tahir Budaqov Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasındakı əməkdaşlığın məmnunluq doğurduğunu qeyd edib.

Sonra qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Görüşdə Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım və AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakaya da iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatları - YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə, YAP Təftiş Komissiyasının sədri Sevinc Hüseynova, YAP ilə AK Parti arasında əlaqələndirici Ramil Həsən və YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov daxildir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq

Azərbaycanın Şimal-Cənub dəhlizində iştirakı ölkənin beynəlxalq nəqliyyat sistemində geostrateji əhəmiyyətini artırır

“Xankəndi” klubunun rəhbəri: Bu komandanın hekayəsi hələ yeni başlayır - MÜSAHİBƏ

Mərkəzi Bankda Dünya Bankının missiyası ilə kredit təminatı mexanizminin təkmilləşdirilməsi müzakirə edilib

® Texnologiyada qadın gücü: “Bir” “Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Müjgan Əliyeva: Məqsədimiz Argentina tanqosu üzrə dünya çempionatının finalına vəsiqə qazanmaqdır - MÜSAHİBƏ

Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığı yeni regional imkanlar yaradır - ŞƏRH

“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim

Suriyaya müdafiə xarakterli məhsulların ixracı ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb

Məcnun Məmmədov: Xırdabuynuzlu heyvandarlıqda subsidiyanın əsas məqsədlərindən biri örüş sahələrinin yaxşılaşdırılmasıdır

Dinara Qaplan: Xüsusi ehtiyacları olan insanların cəmiyyətə inteqrasiyası sosial, və iqtisadi baxımdan əhəmiyyətlidir

“Səfəvilərin hakimiyyəti dövrünün (1501-1736) fəqih, filosof, şair, yazıçı və xəttatları” – yeni nəşr

Müdafiə Nazirliyinin nümayəndəsi: Ordumuzun arsenalına daxil olan müasir silahların təhlükəsizliyi üzərində çox ciddi çalışırıq

Nazir: Yeni subsidiya mexanizmi pambıqçılıqda məhsuldarlığın artırılmasına imkan verəcək

Gürcüstan Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib

Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Gürcüstan dəmir yolu infrastrukturunun modernləşdirilməsinə 890 milyon lari ayırmağı planlaşdırır

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir

Ukrayna Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib

Vətən Müharibəsi Qəhrəmanı: YAP sıralarında olmaq Prezident İlham Əliyevin strateji kursuna bağlılığın ifadəsidir

DTX rəsmisi: Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti kifayət qədər güclü səviyyədədir

“S&P”: Sentyabrda Hörmüz boğazından LNG daşımaları müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması ilə bağlı iddialar təsdiqini tapmayıb

Məşhur türk basketbolçu: “Trabzonspor” “Sabah”la oyunun favoritidir – EKSKLÜZİV

Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib

AQTA: Sumqayıtda şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir – YENİLƏNİB 3 VİDEO

AQTA: Sumqayıtda şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir – YENİLƏNİB 3 VİDEO

Bənzərsiz musiqi, unudulmaz sənət: Cahangir Cahangirovun 105 illiyi konsertlə qeyd olunacaq

Sentyabrda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub

Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub

Məhkumun həbs olunmamışdan əvvəl torpağa basdırdığı silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq

COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib

Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq

“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır VİDEO

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır

Professor: Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib VİDEO

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib VİDEO

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir

Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir VİDEO

Fransada liseylərdə etirazlar davam edir VİDEO

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır

Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib VİDEO

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib VİDEO

Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

ABF rəsmisi: Yeni baş məşqçi qadın basketbolunun inkişafına mühüm töhfə verəcək

Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır

Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib

Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO