YENİ EMAL SAHƏSİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Saatlıda nar şirəsi hazırlayan yeni emal sahəsi istifadəyə verilmişdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, “AAA” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəsaiti ilə yaradılmış bu istehsal sahəsində ilkin mərhələdə 4 çeşiddə məhsul hazırlanacaqdır. 15 adamın işlə təmin olunduğu müəssisənin gələcəkdə genişləndirilməsi nəzərdə tutulur.