YENİ İLDƏ FRANSANIN DAĞ-XİZƏK KURORTLARINDA FACİƏ BAŞ VERMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki ,Yeni ili Fransa Alplarında qarşılayan xizəksürənlərin bəziləri üçün fəlakətlə nəticələnmişdir. Savua rayonunda 1850 metr hündürlükdə xizək sürən iki əcnəbi turist qar uçqunun altında qalaraq həlak olmuşdur.Pis hava şəraiti xilasedicilərə onların meyidlərini çıxarmağa imkan verməmişdir. Monblan və Şamoni dağlarında baş vermiş qar uçqunları isə daha iki turistin həyatına son qoymuş, iki nəfər yaralanmış, dörd adam itkin düşmüşdür. Onların axtarışı hələlik bir nəticə verməmişdir.
Püi-de-Dom bölgəsində minik maşının 50 metr hündürlükdən dəmiryol xəttinə aşması nəticəsində sürücü və sərnişin yerindəcə həlak olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:22]
Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub
- 08.10.2026 [12:04]
Pakistanda 9 terrorçu zərərsizləşdirilib
- 08.10.2026 [11:48]
Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub
- 08.10.2026 [11:38]
Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir
- 08.10.2026 [11:36]
Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb
- 08.10.2026 [11:19]