YENİ İNTERNET PROVAYDER QOVŞAĞI İSTİFADƏYƏ VERİLƏCƏKDİR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalı Birliyi paytaxt ətrafındakı qəsəbələrdə beynəlxalq standartlara cavab verən elektron tipli ATS-lərin quraşdırılması işlərini davam etdirir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, yaxın vaxtlarda 7 min 650 kanal tutumuna malik internet provayder qovşağı istifadəyə veriləcəkdir.