YENİ İŞ YERLƏRİ YARADILIR
İqtisadi İnkişaf Nazirliyinin Tovuz rayon şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, rayonda yeni iş yerləri yaradılır.
Bu günlərdə “Dastan” adlı yeni istirahət kompleksi istifadəyə verilmiş, obyektdə 30-dan çox adam daimi işlə təmin olunmuşdur.