YENİ İSTEHSALAT SAHƏSİ YARADILMIŞDIR
“Mexanikitəmir” Açıq Səhmdar Cəmiyyəti Neftçalada məişət avadanlıqlarının təmiri və istehsalı ilə məşğul olan yeni istehsalat sahəsi
yaratmışdır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu istehsalat sahəsində 20 nəfər işlə təmin olunmuşdur. Cəmiyyət rayonun kəndlərində filiallarını yaratmağı nəzərdə tutur.