YENİ MƏHSUL ÜÇÜN SİFARİŞLƏR ALINIR
“Azərşin” ASC-də yeni məhsulun – rezin çəkmələrin istehsalına başlanmışdır. 1996-cı ildən fəaliyyəti dayanmış zavodun vulkanlaşdırma və istehlak malları sexlərində istehsal bərpa edilmişdir.
Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, fevralın sonunadək 1500 cüt rezin çəkmə istehsal olunacaqdır. Respublikanın Hacıqabul, Şamaxı rayonlarından, Əli Bayramlı şəhərindən yeni məhsul üçün sifarişlər alınmışdır. Bu məhsula tələbatı nəzərə alan müəssisə rezin çəkmələrin istehsalını yaxın aylarda 50 min cütə çatdırmağı nəzərdə tutmuşdur.