YENİ TEXNİKA GƏTİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Gəncə təmizlik idarəsinin kollektivi köhnə və istismar müddəti başa çatmış maşın və mexanizmləri yeni və ən müasir avadanlıqla əvəz etməyə başlamışdır. Bu günlərdə idarəyə məişət tullantısı daşıyan daha 4 avtomaşın gətirilmişdir ki, bu da kollektivin işini xeyli asanlaşdırmışdır.