Yeni Zelandiyada son 24 gündə ilk dəfə koronavirusa yoluxma halı qeydə alınıb
Tokio, 16 iyun, AZƏRTAC
Yeni Zelandiyanın hakimiyyət orqanları ötən sutka ərzində son 24 gündə ilk dəfə koronavirusa iki yoluxma halı qeydə alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 16-da Yeni Zelandiya Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, bununla da Yeni Zelandiyada koronavirusa yoluxanların ümumi sayı 1506 nəfərə çatıb.
Nazirliyin məlumatına görə, koronavirusun aşkar edildiyi hər iki şəxs Yeni Zelandiyaya Böyük Britaniyadan yaxın adamlarının dəfnində iştirak etmək üçün gəlib. Qaydalara uyğun olaraq, həmin şəxslər özünütəcrid şəraitində olublar və yaxınları ilə görüşməyiblər. Yoluxma diaqnozu təsdiq olunduqdan sonra onlar xüsusi karantin mərkəzinə yerləşdiriliblər.
Nazirlikdən, həmçinin bildiriblər ki, mayın 25-dən sonra ölkədə koronavirusa görə ölüm halı qeydə alınmayıb. Ümumilikdə koronavirus pandemiyasına görə bu ölkədə 22 nəfər həyatını itirib, 1482 nəfər sağalıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]