Yeni Zelandiyada təyyarədə baş verən insident nəticəsində 50 nəfər yaralanıb
Bakı, 11 mart, AZƏRTAC
Yeni Zelandiyada Çilinin “Latam Airlines Group” aviaşirkətinə məxsus təyyarədə baş verən insident nəticəsində azı 50 nəfər xəsarət alıb.
AZƏRTAC New Zealand radiostansiyasına istinadla xəbər verir ki, yaralılardan 13 nəfəri xəstəxanaya yerləşdirilib.
Sidneydən Oklendə uçuş zamanı gözlənilməz texniki xəta təyyarənin təxminən 100 metr kəskin hündürlük itirməsinə səbəb olub. Nəticədə bəzi sərnişinlər və stüardessalar yaralanıb. Həkimlər xəstəxanaya yerləşdirilən 13 pasiyentdən birinin vəziyyətini ağır, digərlərinin vəziyyətini isə orta-ağır qiymətləndirirlər.
Texniki problemlərə baxmayaraq, təyyarə Oklend Beynəlxalq Hava Limanına uğurla eniş edə bilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]
ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq
- 22.09.2026 [19:06]