İDMAN
Yeniyetmə yunan-Roma güləşçilərimiz Batumidə mübarizəyə başlayır
Bakı, 14 iyun, AZƏRTAC
Bu gün Batumidə dünya çempionu Davit Bedinadzenin şərəfinə yeniyetmələr arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir start götürür.
Bu barədə AZƏRTAC-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Memorialda yunan-Roma güləşi üzrə yığma komandamızın 10 üzvü mübarizə aparacaq. Böyük məşqçi Bəhram Mürvətov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında Gürcüstana Azər Muxtarlı, Zaur Əliyev (hər ikisi 42 kq), Rəvan Rəcəbov, Mirsirac Həsənov (hər ikisi 46 kq), Nurlan Dadaşov, Əli Sadıqzadə (hər ikisi 54 kq), Cavidan Cavadov (58 kq), Cavid Yusifov (76 kq), Tehran Əminzadə (85 kq) və Uğur Hacılı (100 kq) yollanıb.
Beynəlxalq turnir iyunun 15-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [12:52]
Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb
- 08.05.2024 [11:59]
Azərbaycanda körlinq idman bölməsi açılıb
- 08.05.2024 [11:40]
Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək
- 08.05.2024 [11:23]
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
- 08.05.2024 [10:41]