YENİYETMƏLƏRLƏ İŞ ÜZRƏ TƏLİMLƏR BAŞA ÇATMIŞDIR
YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Hana Singer və daxili işlər nazirinin müavini general-mayor Oruc Zalov Bakı qarnizonunun yetkinlik yaşına çatmayanlarla iş üzrə polis inspektorları üçün keçirilən təlimlərin əhəmiyyətindən danışmış, yuvenal ədliyyə sistemində aparılan islahatlar, bu sahədə mövcud olan və Azərbaycanın qoşulduğu beynəlxalq sənədlər barədə məlumat vermişlər. Çıxış edənlər bildirmişlər ki, bu sahədə maarifləndirmənin aparılmasından məqsəd müstəqil polis qurumunun və Azərbaycanda yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması üçün münbit şəraitin yaradılmasıdır.
Tədbirdə layihə üzrə keçirilən məşğələlərin davam etdiriləcəyi bildirilmiş və bu işdə Daxili İşlər Nazirliyinin dəstəyi yüksək qiymətləndirilmişdir.
Sonda şəhadətnamələr təqdim edilmişdir.