Yens Stoltenberq: NATO Ukraynada müharibənin dondurulmasının əleyhinədir
Bakı, 19 iyun, AZƏRTAC
Şimali Atlantika Alyansı Ukraynada müharibənin dondurulmasının və Rusiyanın şərtləri ilə saziş imzalanmasının əleyhinədir.
AZƏRTAC xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq bu fikri mətbuat konfransında səsləndirib.
“Hamımız münaqişənin sona çatmasını istəyirik, lakin ədalətli sülh müharibənin dondurulmasını və Rusiyanın diktə etdiyi sazişi nəzərdə tuta bilməz”, - deyə Yens Stoltenberq bildirib.
Bu, Afrika ölkələri nümayəndələrinin Ukrayna münaqişəsinin, o cümlədən hərbi əməliyyatların dayandırılması ideyasına əsaslanan tənzimlənməsi təşəbbüsü ilə Kiyev və Moskvada apardıqları danışıqlardan sonra NATO Baş katibinin ilk bəyanatıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]