Yesil çayında “şəlalə”: Su bəndi Astanada yeni cazibə mərkəzinə çevrilib VİDEO
Astana, 17 iyun, AZƏRTAC
Astanada Yesil çayında “şəlalə” qeyri-adi şəhər məkanlına çevrilib. Paytaxt sakinləri və şəhərin qonaqları gəzinti, suyun kənarında istirahət və fotoşəkillər çəkdirmək üçün buraya axın edirlər.
AZƏRTAC xəbər verir ki, obyekt şəhərin sağ sahil hissəsində - Koktal yaşayış massivi rayonunda yerləşir. Bu məkan şəlalə adlandırılsa da, əslində, suyu tənzimləyən bənddir. Bəndin uzunluğu 354 metrdir, o, yay və qış mövsümlərində şəhərin mərkəzində suyun səviyyəsini tənzimləyir.
Bəndin üzərindən axan su şəlalə effekti yaradır və isti aylarda onu xüsusilə cəlbedici edir. Burada güclü su axınını, sahil boyunca yaşıllığı və şəhərin açıq mənzərələrini görə bilərsiniz.
Bu məkan 2024-cü ilin yazında - bəndin şəkillərinin sosial mediada yayılmasından sonra məşhurlaşdı. Daha sonra şəhər sakinləri gəzinti üçün buraya daha tez-tez baş çəkməyə başladılar.
2025-ci ilin mart ayında təhlükəsizlik tədbirləri həyata keçirildikdən sonra bənd ərazisi ictimaiyyət üçün açıldı. Xüsusilə, tikiliyə aparan körpü hasarlandı.
Yesil çayındakı “şəlalə” Astananın şəhər infrastrukturunun suyun yaxınlığındakı istirahət zonaları ilə necə birləşdirilə biləcəyini nümayiş etdirir. Paytaxt sakinləri üçün bura açıq havada vaxt keçirmək və şəhəri fərqli bir perspektivdən görmək üçün daha bir məkandır.