Yevlax şəhərində daha bir küçə əsaslı təmir edilir
Yevlax, 6 sentyabr, AZƏRTAC
Yevlax şəhərində küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə şəhərin Fazil İsayev küçəsində əsaslı təmir işlərinə başlanılıb. Təmir-tikinti işləri çərçivəsində küçədəki kommunikasiya, elektrik, telefon xətləri səliqəyə salınır, təmizlik işləri aparılır, yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək frezlənir. Həmçinin küçədə olan kanalizasiya xətti yenidən qurulur.
Hazırlıq işləri başa çatdıqdan sonra küçəyə asfalt örtüyü salınacaq, beton səki daşları düzüləcək.