YEVLAXDA 4400-DƏN ÇOX YENİ İŞ YERİ YARADILMIŞDIR
Şəhər icra hakimiyyətində AzəTAc-ın müxbirinə bildirmişlər ki, ötən il sutkada 80-100 min ədəd kərpic istehsal edən zavod istifadəyə verilmiş burada 300 nəfər işlə təmin olunmuşdur. Yeni istehsalat təyinatlı müəssələr inşa edilmiş, tikiş fabriki, çörək zavodu, makaron sexi digər ticarət, məişət, ictimai iaşə, səhiyyə, təhsil, rabitə obyektləri fəaliyyətə başlamışdır. “Qida”, dəri məhsullarının ilkin emalı ilə məşğul olan “Namiq” MMC-lərdə yenidənqurma işləri aparılmışdır. Hazırda rayonda “Gilan” dəri məmulatları zavodu, mebel fabriki, konserv sexi, akkumlyator istehsalı müəssəsinin inşası surətlə davam etdirilir.
Son vaxtlar Yevlaxda 4400 iş yeri yaradılmışdır ki, onların da 2270-i daimidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:39]
Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 08.10.2026 [11:27]
Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib
- 08.10.2026 [11:22]