YEVLAXDA GENİŞ TİKİNTİ-QURUCULUQ İŞLƏRİ APARILIR
Yevlax, 22 avqust (AZƏRTAC). Yevlaxda aparılan geniş tikinti-quruculuq, abadlıq işləri 2009-cu ildə uğurla davam etdirilir. Şəhər icra hakimiyyətindən bildirmişlər ki, cari ildə şahmat məktəbinin, uşaq xəstəxanasının, xalq teatrının, elektron kitabxananın və Gənclər evinin tikintisi, şəhər 8 saylı orta məktəbin əsaslı təmiri başa çatdırılaraq istifadəyə verilmiş, regional “El-TV” fəaliyyətə başlamışdır. Hazırda mərkəzi klinik xəstəxananın, “Lalə tekstil” MMC-nin II növbəsinin, “Lalə-kemikl” yuyucu tozlar zavodunun, Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin, Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanması məntəqəsinin, Milli Təhlükəsizlik Nazirliyinin şəhər şöbəsi üçün binanın, Beynəlxalq Bankın rayon filialının, Mərkəzi Bankın ərazi idarəsinin, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının, Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasının, baytarlıq idarəsinin binasının, Nizami prospektində qala kompleksinin, 5 ulduzlu hotelin, toxumçuluq üzrə Yevlax regional mərkəzinin, Kür çayının sahilində istirahət zonasının tikintisi davam etdirilir, şəhərdə geniş abadlıq işləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]